Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Lalə Məmmədovadan müğənni həmkarına cavab: “Almaniyadan danışmaq asandır”

Lalə Məmmədovadan müğənni həmkarına cavab: “Almaniyadan danışmaq asandır”

Hazırda Almaniyada yaşayan müğənni Qismət Məmmədzadə əməkdar artist Lalə Məmmədovanın “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərova yazdığı açıq məktuba münasibət bildirib. 
Müğənni fikirlərini sosial şəbəkədə bölüşüb: “Bakı hava limanındakı tualetlərdə salfetlərin olmamasından dolayı “sarsılan” və özünün yazdığı kimi “həm də necə sarsılan”, bu səbəbdən Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Əsgərov Cahangir Cəlal oğluna açıq məktub ünvanlayan müğənni Lalə Məmmədovaya tərəfimdən cavab: “Yazdığınız bu məktubu son dərəcə mənasız hesab edirəm. Çünki Sizin bu məktubu yazmaqda məqsədiniz xalqın problemlərini qabartmaqdısa, o zaman bilməlisiniz ki, xalqın bundan min dəfə daha artıq problemləri var. (Hansı ki, bu problemlər barədə bütün saray məddahları həmişə susur). Ayrıca əmin olun ki, Azərbaycan hakimiyyətinin “hiper uğurlu” siyasəti nəticəsində xalq elə bir durumdadır ki, aeroportdan istifadə etməyə, demək olar ki, imkan yoxdur.
Yox, əgər Siz ölkəyə gələn turistləri düşünürsünüzsə, o zaman bilin ki, dünyada istənilən mənada sərfəli neçə-neçə gəzməli ölkələr varkən, Azərbaycan (viza almağın çətinliyi, bahalıq, Bakıda tarixin məhv edilməsi və s. məlum səbəblərdən) o turistlərin heç yadına da düşmür.
P.S. İnsanlar yeməyə çörək tapmır, il başlayandan nə qədər adam kredit borcu və s problemlər üzündən intihar edib, neçə-neçə insan düz söz dediyi üçün həbsxanalardadır və s və i… Boş verin. Bizim aeroportda salfetlərin olmaması kimi böyük bir problemimiz var”.
Musavat.com Qismət Məmmədzadənin fikirlərinə münasibət öyrənmək üçün əməkdar artist Lalə Məmmədova ilə əlaqə saxlayıb. O, bildirib ki, məktubunu lazım olan ünvana yazıb: “Mən məktubumu ünvanına yazmışam, Qismət Məmmədzadəyə yazmamışam. O mənə irad bildirə bilər, amma bu məsələ ilə bağlı mənə cavab verməsi məntiqsizdir. Almaniyada oturub danışmaq asandır,  problemlərin həlli üçün çalışmaq lazımdır. Mən müğənni kimi deyil, Azərbaycan vətəndaşı kimi iradımı bildirmişəm. İnanıram ki, məsələ tezliklə həll olunacaq”.
Məmmədova qeyd edib ki, məktubu ilə bağlı AZAL-dan ona reaksiya gəlməyib: “Məktubdan sonra heç kim mənimlə əlaqə saxlamayıb. Mən və mənim kimi sərnişinlər AZAL-dan reaksiya gözləmir. Biz problemin həll olunmasını istəyirik”.
Lalə Məmmədovanın  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərova ünvanlandığı məktubla bağlı AZAL-ın mətbuat xidməti Paşa Kəsəmənski ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, hazırda Bakıda deyil, məsələyə münasibət öyrənmək üçün quruma məktub göndərməliyik.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın