Ana səhifə / Şou Biznes / “Lalə Məmmədova məni həbs etdirmək istəyir”

“Lalə Məmmədova məni həbs etdirmək istəyir”

“Uzun müddətdir keçmiş həyat yoldaşım Lalə Məmmədovanın hücumuna məruz qalıram”. “ Azinforum.az ” xəbər verir ki, bu barədə xalq artisti Lalə Məmmədovanın eks-həyat yoldaşı İlham Qafarov “media.az”a açıqlamasında bildirib.

O, yeni ailəsi olduğunu söyləyib: “Bizim ailəmiz 5 il öncə dağılıb. Mənim hazırda başqa ailəm və bir yaşında övladım var. Mən oğlumun atası olmadan böyüməsini istəmirəm. Keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, təzyiq edərək alimenti ödəməyimi tələb edir. Biz boşananda mən nəninki işimi, əsas da anamı qısa sürən xəstəlikdən sonra itirdim”. 

İ. Qafqarov Lalə Məmmədovanın ilk dəfə onu 2015-ci ildə sənətçini öldürmək istəməkdə ittiham edib: “Məni məsuliyyətə cəlb etdilər, lakin bunun yalan olduğunu sübut etdim və məni buraxdılar. Sonra məni aliment ödəməməkdə günahlandırdı. Lakin anamın ölümü və işsizliyə görə alimenti vaxtında ödəməyə imkanım yox idi. Ümumi 8  min manat borc yığılıb. Əvvələr bir aya görə 206 manat ödəyirdimsə, indi bu məbləğ 308 AZN təşkil edir. Lalə bütün məhkəmələri udur, onun üçün hər yer “yaşıl işıq”dır. Məhkəməyə səhhətim və iş yerimin olmamağı ilə bağlı sənədlər təqdim etmişəm. Hazırda ürəyimdə ciddi problem var. Onun isə 3 rəsmi yerdə işi var, hətta toylardan da pul qazanır. Lakin o, məhkəmədən borcu ödəməsəm həbs olunmağımı tələb edir”.

İlham Qafarov uzun müddətdir uşaqlarını görmədiyindən şikayət edib: “Anaları onları mənə qarşı edib, nifrət edirlər. Balaca qızımı həyatımda 3 dəfə görmüşəm. Böyük qızımı isə son iki ildir görmürəm. Boşanandan sonra münasibətimiz yaxşı idi, uşaqlarla görüşürdük. Lakin o, mənin yenidən ailə qurduğumu öyrənəndə kin bəsləməyə başladı. Keçmiş həyat yoldaşımın bir neçə evi var, hətta dövlətdən yeni mənzil istəyir.

Onun Xətai rayonunda beşotaqlı mənzili var. Şəxsən o mənzilin alışında iştirak etmişəm və 43 min dollar vermişəm. Lakin o, evi anasının adına rəsmiləşdirib. Hazırda yaşadığı ikinci ev isə Nizami rayonunda yerləşir. Lalə Məmmədova məni ümidsizliyə düçar edir. Ya həbsxanada yatmalıyam, ya da intihar etməliyəm. Başqa yolum yoxdur. Bu qədər pulum yoxdur ki, alimenti birbaşa ödəyim. Bu ölkənin vətəndaşı kimi müdafiə olunmağımı xahiş edirəm”. 

Qeyd edək ki, Lalə Məmmədova və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurub. Cütlüyün Nərgiz və Çinarə adlı iki qızı var. Onlar 2013-cü ildə ayrılıblar.

Həmçinin oxuyun

Zümrüd: “Bilsəm ki, ərim kiminləsə eşq yaşayır, onu…”

Tanınmış aktrisa Zümrüd Qasımova sənəti və şəxsi həyatı ilə bağlı suallarımızı cavablandırıb. Yenicag.az xəbər verir ki, …