Ana səhifə / Şou Biznes / Lalə Məmmədova da Elçin Əlibəylini tənqid etdi: “Bu, heç bir kişiliyə sığmaz”

Lalə Məmmədova da Elçin Əlibəylini tənqid etdi: “Bu, heç bir kişiliyə sığmaz”

Teleaparıcı Elçin Əlibəylinin verilişinə qonaq çağırdığı müğənni Maral Tahirqızını təhqir edib, sonra da qovması ilə bağlı qalmaqal səngimir.

Qeyd edək ki, bu qalmaqal cəmiyyətdə, ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb, aparıcı bu cür davranışına görə kəskin tənqid edilib, hətta təhqirlərə məruz qalıb. Aparıcını tənqid edənlər arasında bir çox tanınmışlar, o cümlədən, müğənni Lalə Məmmədova da var.

Musavat.com bildirir ki, müğənni öz “İnstagram” və Facebook” səhifəsində bununla bağlı tənqidi status paylaşıb: “Son günlər efir məkanında baş verənlər ürəkaçan deyil. Bu mövzu isə son damla oldu. Ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq, qonağa hörmətlə yanaşarlar. Çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq, heç bir kişiliyə sığmaz. Hələ qonaq qadındırsa… Allah hamımızı insan yaratdı, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, ürək, istedad, təəssüf ki, hamımızda eyni miqdarda deyil. Buna görə də kimsə özünü başqasından yuxarı və aşağı saymasın. Güclü olan qarşısındakı zəifə gücünü göstərərək, özünü qəhrəman saymasın”.

Həmçinin oxuyun

Çingiz AzTV-nin canlı efirinə “Jeep”lə girdi – Video

Bu gün AzTV-nin efirində bir ilkə imza atılıb.  “Qafqazinfo” xəbər verir ki, kanalda yayımlanan “Telesəhər” …