Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Laçınlı məmurdan şəhid ailəsinə cavab: “Evimin qabağında çayxana açmaq istəyirdilər”

Laçınlı məmurdan şəhid ailəsinə cavab: “Evimin qabağında çayxana açmaq istəyirdilər”

Fevralın 17-də “Laçınlı məmur şəhid ailəsinə qarşı: Bəs DSMF sədri Elman Mehdiyev kimi qoruyur?”başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, Ağcabədi rayonu Ə.Talıbov küçəsi ,ev 77 sakini Talıbova Xanım Muxtar qızı Qafqaz Xəbər Agentliyinəşikayət məktubu göndərib. Qafqaznews.az-ın elektron poçtuna gələn məktubda deyilir: “ Həyat yoldaşım Şəhid Əli Talıbovun adını daşıyan küçəmizdə yerləşən, 1991-ci ildən “AZƏRİTTİFAQ”-ın balansında olmaqla, bu günə qədər faktiki mənim istifadəmdə və mənə məxsus olan, hazırda isə qanuni şəkildə çıxarışla adıma olan mağazanın altında yerləşən torpaq sahəsini Laçın rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri Mehdiyev Ramiz Bəbir oğlu vəzifəyə təyin olunduqdan sonra əldə etdiyi mənbəyi məlum olmayan maddi imkanından istifadə edərək qanunsuz yolla ələ keçirtmək istəyir, qanuni şəkildə istəyinə nail ola bilmədiyindən ailə üzvlərimə ləkə yaxmaqla məşğuldur. Son 4 il ərzində özü və həyat yoldaşının adından mənim və övladım barəsində müxtəlif orqanlara qərəzli, əsası olmayan şikayətlər etməklə bizi həyatımızdan bezdirib”. Şikayətçi vətəndaş Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Elman Mehdiyevin də qəbulunda olduğunu bildirib: “DSMF-nin sədri Elman Mehdiyevin qəbulunda olub işçisinin qanunsuz əməlləri barədə məlumat verdim, lakin o açıq şəkildə Ramiz Mehdiyevi müdafiə etdi, bundan cəsarətlənən, cəzasız qalan Ramiz isə madd12713934_177591182614283_559578413_ni imkanından istifadə edib hər cür iyrənc yollara əl atıb bizə təzyiq göstərir”, – deyə məktubda qeyd olunur.

O qeyd edib ki, Ramizin qanunsuz əməllərinə göz yummaq – görünür, kiminsə, hansısa maraqlarına xidmət edir, bəlkə də qərəzli olaraq narazıçılıq yaratmağa çalışırlar”. O, mətbuat vasitəsilə dövlət başçısına müraciət edib: “Cənab Prezident, xahiş edirəm məni qəbul edib dinləyəsiniz, təqdim etdiyim faktlara əsasən qanuni araşdırma aparılmasını və müharibə şəraitində yaşayan dövlətdə Şəhid ailəsinə qarşı edilən haqsızlığa, qanunsuzluğa son qoyulmasına köməklik göstərəsiniz”. Biz Xanım Talıbova ilə əlaqə saxladıq.

O vurğuladı ki, R.Mehdiyev onu və ailəsini şəhid həyat yoldaşının adına olan küçədən sıxışdırır. “12714406_177591795947555_2104442194_nO vaxt DTXK ona yaxın ərazidə kadasrt planı verib, lakin sonradan komitə özü də bu planı ləğv edib və aidiyyatı qurumları xəbərdar edib. Lakin o plana da aid olmayan və qanuni sənədim olan ərazini məndən almağa çalışır. İşimiz hələ də Şirvan İnzibati Məhkəməsindədir. Qonşumuz ola-ola bizimlə ədavət aparır, səbəbini də bilmirik”, – deyə Ağcabədi sakini vurğulayıb. Qarşı tərəfin də mövqeyini dərc etmək məqsədi ilə bu günlərdə Laçın DSMF şöbəsinin rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxladıq.

Ramiz müəllim bizimlə söhbətində bu iddiaların yalan və böhtan olduğunu vurğuladı. O, qeyd etdi ki, Talıbovlarla onların arasında 6 məhkəmə olub, hazırda Şirvan İnzibati Məhkəməsində proses gedir: “Həmin ərazi mənim evimlə üzbəüzdür. Talıbovlar ailəsi orda çayxana yaratmaq istəyirdilər. Həmin torpağın kadastr planı mənim yoldaşımın adınadır, o da Ağcabədi sakinidir. Amma onlar müxtəlif yollarla saxta sənədlər əldə ediblər. DTXK məhkəmə qərarı ola-ola necə öz qərarını ləğv edə bilər?

Bunu məhkəmə yolu ilə əsaslandırmaq lazımdır. Ali Məhkəmədən yuxarı instansiya yoxdur. Orda bizim sənədlərimizin həqiqiliyi sübuta yetirilib. Prokurorluğa şikayət ediblər, o da araşdırıb, lakin heç nə sübut edə bilməyiblər. Əslində bizim davamız “Ağcabədi” kooperativiylədir, sadəcə bu ailəni məsələyə qoşublar ki, şəhid ailəsidir deyə qabağa getsinlər”. Məsələ ilə bağlı əlavə fikir və iradları da dərc etməyə hazırıq.

Rüfət Əhmədzadə

Qafqaznews.az

12714419_177591135947621_774449572_n (1)

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın