Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Lənkəranın yeni və qədim həbsxanaları – FOTOLAR

Lənkəranın yeni və qədim həbsxanaları – FOTOLAR

Lənkəran rayonu Qurumba kəndin yaxınlığında, düzən bir ərazidə yeni cəza çəkmə müəssisəsi inşa edilib.

Müəssisəyə getməkdən ötrü Lənkəran – Lerik yolu ilə hərəkət etmək lazım gəlir. İpək yolu da burdan keçir. Bir neçə il bundan əvvəl əsaslı təmir edilmiş Lənkəran – Lerik yolu bir neçə yerdə tamamilə dağılıb.

İndi 10-15 dəqiqəlik yolu bir saata getməli olursan…

Kəndin mərkəzində dağ tərəfə gedən yola döndük.

Cəza evinin hündür hasarı, müşahidə qüllələri aydın görünür Ərazidə çox mərtəbəli bina da inşa edilib.

Lənkərandakı yeni həbsxana

Lənkərandakı yeni həbsxana

“Cənub Xəbərləri ” qəzetinin redaktoru Zahir Əmənov deyir ki, həbsxana 10 min məhbusun saxlanmasına imkan verəcək:

Cəza evi yaxın zamanlarda istifadəyə veriləcək

”Əldə etdiyimiz məlumata görə, Lənkəranda tikilən yeni zindanda 10 minə yaxın insan cəza çəkəcək. Orada uşaq müəssisəsindən tutmuş, qadın müəssisəsinə qədər olacaq. Verilən məlumatlara görə, orada dustaqların cəzaçəkmələri üçün hər şey yüksək standartlara uyğun tikilib. Ehtimal edilir ki, Lənkəran zindanı yaxın günlərdə istifadəyə veriləcək.”

Bu Lənkəran ərazisində tikilən yeganə cəza çəkmə müəssisəsi deyil. Ötən əsrin 70-ci illərinə qədər burda başqa bir cəza çəkmə müəssisəsi fəaliyyət göstərib. Zahir Əmənovun deməsinə görə, Lənkəranda ilk həbsxana binası 18-ci əsrdə tikilmiş şəhər qalasında yerləşib:

Köhnə həbsxana

Köhnə həbsxana

Lənkəranda həbsxanaların tarixi

“Deyilənə görə İran şahı 1747-ci ildə Lənkərana gəlib və buraya səfəvi nəslindən olan Seyid Abbası hakimi elan edib. Şəhərin müdafiəsini möhkəmləndirmək üçün həmin ili qalanın inşasına da başlanıb. Mənbələr göstərir ki, Lənkəran qalasının ərazisi 35 hektar olub. Ərazisinə görə, Bakı qalasından böyük olub. Nadir Şahın ölümündən sonra Seyid Abbas xan öz müstəqilliyini elan edib. Mayak və Dairəvi qala Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilib”

Zahir Əmənov qeyd edir ki, müharibələr qala divarların dağılmasına səbəb olub:

Köhnə həbsxananın içərisindən görünüş

Köhnə həbsxananın içərisindən görünüş

Burda Stalin saxlanıb.

“Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılıb və hərbi qala ləğv edilib. Bu möhtəşəm qaladan həbsxana kimi istifadə etməyə başlayıblar. Hətta məşhur adamlardan İ. Stalin də poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burda dustaq olub”.

Dairəvi qala həm Çar Rusiyası, həm də sovet dövründə həbsxana kimi istifadə edilib. Həbsxana 1970-ci ildə ləğv edilib.

Lənkəranda Mayak və Dairəvi qala tarixi abidə kimi qeydə alınıb. Dairəvi qala bir neçə dəfə təmir olunsa da dam örtüyü yararsız hala düşüb. (Azadliq.org)

Köhnə həbsxana pilləkənləri

Köhnə həbsxana pilləkənləri

Köhnə həbsxananın pəncərəsi

Köhnə həbsxananın pəncərəsi

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın