Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Lənkəranda böyük izdiham – FOTO

Lənkəranda böyük izdiham – FOTO

Bu gün Lənkəran böyük izdiham yaşanıb. Belə ki, şəhər sakinləri. IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvandoçu Ramin Əzizovu qarşılayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qarşılanma mərasimində Əzizovun ailə üzvləri, şəhər sakinləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Raminin çempion olması münasibətilə qurban kəsilib. Daha sonra Ramin Əzizov, şəxsi məşqçisi Vüqar Sultanov və çempionu qarşılamağa gələnlər Lənkəran Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Ramin Əzizov 2015-ci ilin yanvar ayında təlim-məşq zamanı ayağından ciddi zədə alıb və 2016-cı ilin sonuna kimi bərpa-müalicə prosesi keçib. Bu müddət ərzində bir çox mötəbər yarışlarda, xüsusən də Bakı 2015 İlk Avropa Oyunlarında çıxış edə bilməyib.

Ramin zədəsini bərpa edəndən sonra, yenidən rinqə qayıdıb. Və bu qələbəsi, onun zədəsini bərpa etdikdən sonrakı ilk böyük qələbədir. Onu da əlavə edək ki, R. Əzizov taekvando üzrə Milli Komandanın kapitanıdır.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın