Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Kütləvi çıxarış” kampaniyası Şəmkirdə

“Kütləvi çıxarış” kampaniyası Şəmkirdə

Əmlak Məsələləri Dövlət Komitəsinin birbaşa yerlərdə və ünvanlarda keçirdiyi “kütləvi çıxarış” kampaniyasından 16 oktyabr tarixində Şəmkir sakinləri yararlana bilib.  Bu barədə Azinforum.az-a qurumun mətbuat xidmətindən məlumat veriblər. Kampaniyada ümumilikdə 200-ə yaxın vətəndaşa xidmət göstərilib. 130-a yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib. 70-dən çox sakindən daşınmaz əmlaka və torpağa dair qeydiyyat üçün ilkin sənədlər qəbul edilib.
Qeyd edək ki, kampaniya artıq bir ilə yaxındır ki davam edir və indiyədək 20-ə yaxın şəhər və rayonda keçirilib. Ümumilikdə 5000-dən çox vətəndaş kampaniyadan faydalana bilib. Xatırladaq ki, kampaniya çərçivəsində vətəndaşlara həyətyanı torpaq sahələri, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.
“Kütləvi çıxarış” kampaniyasının mühüm üstünlüyü xidmətlərin bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilməsi, rahatlıq və operativliyin təmin olunmasıdır.
Qeyd edək ki, kampaniya çərçivəsində həm qeydiyyat, həm də torpaq idarəçiliyində tətbiq olunan “bir pəncərə” prinsipi barədə geniş məlumat da verilib. Bildirilib ki, əmlak və torpaq məsələlərində vətəndaş iştirakı tələb olunan bütün hüquqi əməliyyatlar yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində həyata keçirilir. “Bir pəncərə” prinsipinin tətbiqi həm vətəndaşların, həm də bələdiyyələrin torpaq məsələlərində işini rahatlaşdırıb. Nəticədə artıq bələdiyyələr də müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi bir ünvana müraciət etməklə əldə edə bilir. Vətəndaşlar və bələdiyyələr həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, təyinatının dəyişdirilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması üçün bir ünvana müraciət edir. Bununla da, əvvəllər mövcud olan uzun prosedurlar, bir neçə quruma müraciət kimi çətinliklər aradan qalxıb. Əvvəllər olduğu kimi, sənədləşdirmə prosesinə böyük vaxt sərf etmək zərurəti yoxdur. Bu isə operativlik, rahatlıq və şəffaflığın kifayət dərəcədə artmasına səbəb olub.
Kampaniya çərçivəsində rayonun bir neçə ahıl və fiziki məhdudiyyətli sakininə birbaşa öz evlərindəcə xidmət göstərilib.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq bütün respublika üzrə komitənin mobil ofis xidmətləri fəaliyyət göstərir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) xidmət qrafiki yerləşdirilir və hər ay yenilənir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir.
Mobil ofis xidmətləri vasitəsilə daşınmaz əmlaka dair texniki pasportların tərtibi, dəyişdirilməsi, dəqiq çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Bununla bağlı vətəndaşlara hüquqi yardımlar göstərilir.
Ümumiyyətlə, mobil ofis xidməti başlandığı vaxtdan etibarən ümumilikdə respublika üzrə 74 mindən çox vətəndaş bu xidmətlərdən faydalana bilib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın