Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Kurtlar Vadisi” serialını hazırlayan “Pana Film”in ofisi boşaldıldı – SƏBƏB

“Kurtlar Vadisi” serialını hazırlayan “Pana Film”in ofisi boşaldıldı – SƏBƏB

“Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Kurtlar Vadisi” kimi məşhur serialların prodüseri Raci Şaşmazın başçılıq etdiyi “Pana Film” şirkətinin əşyaları müsadirə edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yerləşən faktorinq firmalarından biri 7,2 milyon lirə borcu olduğu üçün Raci Şaşmazın başçılıq etdiyi “Pana Film” şirkətinin əşyalarını müsadirə edib. Ofisdə olan bütün əşyalar 10 ədəd yük maşını vasitəsilə daşınıb. “Pana Film”in vəkilləri isə hadisə ilə bağlı yenidən məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …