Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Şou Biznes / Kürdəmir polisinin rəisi Penitensiar Xidmət rəsinin birinci müavini təyin edildi

Kürdəmir polisinin rəisi Penitensiar Xidmət rəsinin birinci müavini təyin edildi

Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.

Hüquq-mühafizə orqanlarından virtualaz.org saytına verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, bundan əvvəl prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Ceyhun həsənov Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinə rəis təyin edilib.

Onu da qeyd edək ki, əvvəllər Penitensiar Xidmət rəisinin birinci müavini vəzifəsini vaxtilə prezidentin mühafizəçisi olmuş Mahir Musayev icra edirdi. M.Musayev 2015-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Virtualaz.org

Həmçinin oxuyun

Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti Brilliant Dadaşova “Tet-a-tet” mahnısına çəkilən yeni klipini təqdim edib. Publika.az xəbər verir ki, mahnının …

Bir cavab yazın