Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Kubra Əliyeva da verilişlərə çıxmaq üçün qonorar istəyir

Kubra Əliyeva da verilişlərə çıxmaq üçün qonorar istəyir

Əməkdar artist Kubra Əliyeva da telekanal rəhbərlərindən verilişlərə çıxmaq üçün qonorar istəyib.

Belə ki, aktrisa bu haqda “Zaurla Günaydın” verilişində danışıb.

O bildirib ki, proqrama gəlmək vəsait tələb edir:

“Rahat geyinməyi sevirəm. 73 yaşım var. Bütün kanallar çağırır, getmirəm. İnciməyin. Verilişə gedəndə qaçmalıyam makiyaja, saça, geyimə. Bir kanal mənə qonorar ödəyir. Bu kanal da ödəsə, yaxşı olar. Gəlirik, verilişin reytinqini qaldırırıq. Üsyan edirik, niyə qonorar almayaq? Aparıcının cibində pul olmaya bilər, amma kanalın var. Biz gələndə pul ödəsinlər”. Axşam.az

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …