Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Kredit borcunu qaytarmayanlar məsuliyyətə cəlb olunub

Kredit borcunu qaytarmayanlar məsuliyyətə cəlb olunub

2016-cı ildə 13560 iqtisadi cinayət hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verib. Bunlardan 12646-sı mülkiyyət əleyhinə olan cinayətlər, 7193-ü oğurluq, 325-i soyğunçuluq, 165-i quldurluq, 4373-ü dələduzluq, 148-i mənimsəmə və ya israf etmə, 442-si digər cinayət hadisələridir.

Həmçinin, ötən il iqtisadi fəaliyyət sahəsində 914 cinayət hadisəsi baş verib. Bunlardan 33-ü saxta pul və qiymətli kağızlar hazırlama və ya satma, 285-i qaçaqmalçılıq, 356-sı vergi ödəməkdən yayınma, 22-si istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, 37-si qanunsuz sahibkarlıq, 4-ü kreditor borclarını ödəməkdən qəsdən yayınma, 177-si digər cinayət hadisəsi baş verib.

2016-cı ildə 3478 nəfər iqtisadi sahədə cinayət törədib. Bunlardan 3153 nəfəri mülkiyyət əleyhinə olan cinayət, 1966-sı oğurluq, 136-sı soyğunçuluq, 105-i quldurluq, 734-ü dələduzluq, 83 nəfəri mənimsəmə və ya israf etmə, 129 nəfəri isə digər cinayətlər üzrə qeydə alınıb. 2016-cı ildə 325 nəfər iqtisadi fəaliyyət sahəsində cinayət törədib. Onlardan 25 nəfər saxta pul və qiymətli kağızlar hazırlama və ya satma, 99 nəfər qaçaqmalçılıq, 83 nəfər vergi ödəməkdən yayınma, 6 nəfər istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, 4 nəfər qanunsuz sahibkarlıq, 3 nəfər kreditor borclarını ödəməkdən qəsdən yayınma və 105 nəfər isə digər cinayətlər üzrə müəyyənləşdirilib.(Sputnik)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın