Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Krasnoyarskda“Bakının işıqları” jurnalı nəşr olunub

Krasnoyarskda“Bakının işıqları” jurnalı nəşr olunub

Rusiya Federasiyasının Krasnoyarsk  şəhərində “Bakının işıqları” ( “Oqni Baku”) jurnalı nəşr olunub. Jurnalın nəşrində əsas məqsəd Azərbaycan həqiqətləri,  mədəniyyəti, tarixi,  Qarabağ münaqişəsi ilə bağlı  Rusiya oxucularını məlumatlandırmaqdır.   İki gün əvvəl Krasnoyarsk  şəhərində yüksək zövqlə və müasir poliqrafik standartlara uyğun nəşr edilən jurnalın təqdimatı keçirilib.

Jurnal uzun illər Krasnoyarsk  vilayətində yaşayan, soydaşımız, bu il Berezyovka rayonu Deputatlar Məclisinə seçilən Telman Tamoyev tərəfindən təsis olunub və nəşr edilir.

Naşir kimi  yazdığı ön sözdə  T.Tamoyev qeyd edib ki, jurnalda yazılan məqalələr  oxuculara müasir Azərbaycan haqqında daha dolğun məlumat almağa kömək edəcək: “ Uzun illər idi ki, mən belə bir jurnal nəşr etməyi arzulayırdım. Nəhayət ki, arzularım “Bakının işıqları”nın timsalında həyata keçdi.  Çalışacağıq ki, müasir Azərbaycanın  obrazını yeni işıqda təqdim etmək üçün bütün sferaları əhatə edək.  Eləcə də,  Azərbaycanda yaşayan başqa xalqların həyatından, ənənələrindən bəhs edən müsahibələr, məqalələr sizlərə plüralizmə, tolerantlığa  söykənən Azərbaycan mədəniyyətini daha yaxşı başa düşməyə yardım göstərəcək”.

Jurnalın ilk nömrəsinə Krasnoyarsk vilayətinin qubernatoru V.A.Tolokonski də giriş sözü yazıb.  Qubernator qeyd edib ki, bu cür mədəni-informativ layihə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.    V.A.Tolokonski azərbaycanlıların və Azərbaycan diasporunun regionun bütün sferalarında əhəmiyyətli rol oynadlğını da əlavə edib.

“Bakının işıqları” jurnalının ilk sayında Xocalı faciəsi, Bakıda keçiriləcək Formula-1 yarışları, tarixdə iz qoymuş azərbaycanlı xanımlar,  Azərbaycanın turizm potensialı, Rusiya-Azərbaycan münasibətləri, Naxçıvan tarixi haqqında  məqalələr dərc olunub. Bununla yanaşı Krasnoyarsk vilayətində Azərbaycan diasporunun fəaliyyəti çox geniş işıqlandırılıb. Azinforum.az

Oqni-Baku-2

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın