Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / KQB haqda film Bakıda da qadağan edildi

KQB haqda film Bakıda da qadağan edildi

Hollivudda çəkilmiş “Nömrə 44” trilleri Azərbaycanda prokatdan çıxarılıb.

Azinforum.az  xəbər verir ki, bu məlumatı virtualaz.org saytına paytaxt kinoteatrlarından veriblər. Lakin əksər kinoteatrlar bu filmin faktiki olaraq qadağan edilməsinin səbəbləri barədə danışmaqdan imtina ediblər.

Qeyd edək ki, SSRİ-dəki serial qətllərdən bəhs edən “Nömrə 44” filmi Rusiyada da prokatdan çıxarılıb. Rusiyanın Mədəniyyət Nazirliyi filmin prokatdan çıxarılması barədəki qərarını “tarixi faktların filmdə kobud şəkildə təhrif olunması” ilə izah edib.

“Kino prokatçılarının və Mədəniyyət Nazirliyinin bu filmlə bağlı fikirləri üst-üstə düşdü. O fikir də bundan ibarətdir ki, belə filmlər II dünya müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində heç də yerinə düşmür və buna yol verək olmaz” – deyə nazirliyin yaydığı açıqlamada bildirilirdi.

Yada salaq ki, rejissor Daniel Espinosanın “Nömrə 44” trilleri Tom Rob Smitin eyniadlı bestselleri əsasında çəkilib. Bu əsər sovet KQB-sinin agenti və II dünya müharibəsinin veteranı Lev Demidovun macəralarından bəhs edən detetktiv trilogiyanın ilk kitabıdır.

Filmdə 1953-cü ildə SSRİ-də baş verən hadisələrdən, həmin il bir manyakın izlənməsindən və “ovlanmasından”, həmçinin totalitar sovet cəmiyyətindəki paranoyadan danışılır. L.Demidov silsilə uşaq qətllərini araşdırır, amma sonradan KQB rəhbərliyinin təzyiqləri ilə üzləşir. KQB rəhbərliyi ona başa salmağa çalışır ki, kommunizm cəmiyyətində manyakların olduğunu etiraf etmək dövlətə xəyanətdir…

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın