Cümə , Noyabr 15 2019
Ana səhifə / Şou Biznes / Korrupsiya faktına görə 146 cinayət işi məhkəmələrə göndərilib- 2015-də

Korrupsiya faktına görə 146 cinayət işi məhkəmələrə göndərilib- 2015-də

Bu il Azərbaycanda korrupsiya faktına görə 224 şəxs barəsində 146 cinayət işinin istintaqı tamamlanıb.

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarədə bu gün keçirilən əməliyyat müşavirəsində bildirib.

K. Əliyev deyib ki, həmin işlər baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

O, qeyd edib ki, cari ilin 9 ayı ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5108 müraciətin daxil olub və həmin müraciətlər əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə edib. K. Əliyev həmçinin qeyd edib ki, 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Həmçinin oxuyun

Müğənnilərin vergi təlaşı – “Qoy, kasıbçılığımızı çəkək”

İncəsənət nümayəndələrinin, xüsusilə müğənnilərin toylarda, el şənliklərində “qaz vurub, qazan doldurmaları”nı hərə bir cür qələmə verir. …

Bir cavab yazın