Çərşənbə , İyul 24 2019
Ana səhifə / Şou Biznes / Körpə bir qolu qısa doğulub – Valideynlər həkimi günahlandırır, həkim isə…

Körpə bir qolu qısa doğulub – Valideynlər həkimi günahlandırır, həkim isə…

Lənkəran rayon Şürük kənd xəstəxanasında doğuş zamanı şikəst qaldığını iddia edən Nur Hüseynlinin atası redaksiyamıza müraciət edib. Şikayətçi Valeh Hüseynli “Qafqazinfo”ya bildirib ki, xəstəxanada doğuş üçün nə nazirliyin, nə də ki, baş həkimin icazəsi olsa da, həkim Sevil Əhədova ananı- Şəfəq Hüseynlini orada qəbul edib:

“Üçüncü övladım keçən il iyunun 17-də anadan olub. Nazirliyin və xəstəxananın baş həkiminin icazəsi olmadığı təqdirdə həkim Sevil bizi doğuş üçün Şürük kənd kəstəxanasına çağırdı. Doğuşa kimi bütün analizlər və müayinələr həyata keçirilib. Nə anada, nə də uşaqda bir problem olub. Ancaq doğuş zamanı ananın çanaq sümükləri zədələnib, uşaq beyindən zərbə alıb, bir əli işləmir. Körpə həmin vaxtdan bu günə kimi Uşaq Nevroloji Xəstəxanasında yatır. Həkimlər deyir ki, ömürlük şikəst qalacaq, bir əli işləməyəcək”.

V. Hüseynlinin sözlərinə görə doğuşu həyata keçirən Sevil həkimin qızı Nuranə ultrasəs müayinəsində  (UZİ) uşağın çəkisini 3 kilo yazıb, ancaq doğuş zamanı məlum olub ki, uşaq 5 kilodur. Bu səbəbdən də, həm ana, həm də uşaq zədə alıb:

“Həkim doğuşdan sonra dedi ki, hər şey qaydasındadır, heç bir problem yoxdur. Sonradan məlum oldu ki, həm ana, həm də uşaq doğuşda zədə alıb. Bunu ona deyəndə “olanda olur da, şükür edin ki, salamat çıxarmışam” dedi. İndi uşaq müalicə olunmalıdır, hər gün “tok”a aparırıq, ancaq nə pul çatır, nə vaxt. İki övladımı rayonda tək qoyub, mən uşaqla Bakıda küçə-küçə gəzirəm”.

 

Məsələylə bağlı həkim Sevil Əhədova ilə əlaqə saxladıq.

Həkimin sözlərinə görə, V. Hüseynli doğuşdan sonra ondan 15 min pul tələb edib. S. Əhədova pulu ödəməyəcəyini dedikdə isə məsələ böyüyüb:

“Mən 44 ilin həkimiyəm, həmin ailənin 2 uşağının da doğuşunda iştirak etmişəm, bu, onun üçüncü uşağı idi. Normal çanaq olan adamlar 5 kilo yarıma kimi təkrar qarın doğa bilər. Məni doğuşa çağırdılar. Ağıllı həkim heç vaxt 3-cü qarını əməliyyata verməz. 5 gün qabaq elə həmin ailənin qohumu 3 kilo 600 qram uşaq doğub. Doğuş 1 dəqiqə çəkib, amma yenə də bir qolu digərindən gödəkdir və qaldıra bilmir. Deməli, bunlarda irsi çatışmazlıq var. Mən həmin qadının doğuşunu çox ehtiyatla həyata keçirmişəm. Çiyin bir az yubanmışdı, bu da doğuşlarda olan şeydir. Əzilmə olduğu təqdirdə, 40 günə kimi masajla düzəlir. Ancaq uşaq anadangəlmə invalit olduğu təqdirdə qollarının uzunluğunda fərq ola bilər, bu, sıxılmanın nəticəsi deyil. İndi mənim üstümə atırlar ki, həkim zədələyib və uşağın bir qolu şikəst qalıb. Əgər mən doğuşda zor işlətsəydim, körpücük, bazu sümüyü sınardı. Onun bir məqsədi var, o da pul almaq. Doğuşdan 10-15 gün sonra mənə xəbər göndərib ki, uşağımın qoluna görə, mənə 15 min dollar pul verməlidir. 6 ay sonra da prokurorluğa  verib. 8 aydı məsələ belə uzanır, məhkəmələri gəzirik. 60-dan çox yaşım var və hələ bir xəstəmdən belə münasibət görməmişəm”.

Həkim ultrasəs müayinəsində yaranan anlaşılmazlığa da münasibət bildirib:

“Qidalanma ilə əlaqədar olaraq doğuşa 10-15 gün qalmış uşağın çəkisi gündə 50-70 qram arta bilər. Doğum evinə daxil olanda uşağın başı çanaq boşluğunda idi. Bu halda qadını əməliyyata necə salmaq olar? Uşağı aşağıdan itələyib yuxarıdan çıxartmaq olar? Bu adam heç ekspertizanın rəyi ilə də razı deyil. Deyir ki, niyə az ağır yazılıb, çox ağır yazılardı. Mən onlardan bir qəpik də pul almamışam. Bu kimi hallar olanda, uşq ölü doğulanda pul almıram. Uşağı diri çıxarmışam, bu da mənə çox sağollarıdır”.

Son olaraq, hadisəyə görə hər hansı bir töhmət almadığını bildirən həkim bu kimi hadisələrdə əsas günahı Səhiyyə Nazirliyində görür:

“Nazirlik hazırda 500 qramlıq da uşaq ölsə, işi prokurorluğa göndərir. Bu səbəbdən də qorxusundan heç bir həkim xəstəyə yaxın düşmür. Bu yaşımda 3 gündən bir prokurorluğa çağırılıram, orada da deyirlər ki, 15 min tələb edir, sən də ver. Nazirlikdən mənə heç bir töhmət verilməyib. Əgər elə bir hal olsa, əməkdaşlar gəlib yerində yoxlayardı. Nazirlikdən bildirilib ki, Şürük kənd xəstəxanasında doğuşa icazə yoxdur. Bəs icazə yoxdursa, şöbəni niyə bağlamırlar? Guya, mən oranın müdiri ilə cinayət əlaqəsinə girmişəm, qanunsuz doğuş tuturam. İndi mən də həm prokurorluqdan, həm də məhkəmədən qanun tələb edirəm”.

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın