Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Şou Biznes / “Koronavirus olduğumu bilənə qədər xeyli insanı yoluxdurmuşdum” – Fatimə

“Koronavirus olduğumu bilənə qədər xeyli insanı yoluxdurmuşdum” – Fatimə

Rəqqasə Fatimə Fətəliyeva koronavirusa yasda yoluxduğunu açıqlayıb.

Sənətçi bu haqda “İnstagram”da acdığı canlı yayımda söyləyib. O bildirib ki, xəstəlikdən xəbərsiz olduğu üçün ətrafındakı insanları da yoluxdurub:
“Yenidən xəstələnməkdən qorxuram. Mayda ağır pnevmoniya olmuşdum. Bu haqda bir dəfə danışdım, sosial şəbəkədə məni tənqid etdilər. Test verdim, amma neqativ oldu. Gedib ciyərlərimi yoxlatdırdım, artıq “buzlu şüşə” yayılmağa başlamışdı. Ciyərimin çox hissəsində bu cür zədələrə rast gəlindi. Müalicəyə tez başladım və sağaldım. Həmin ərəfəyə qədər isə mən nə qədər insanı yoluxdurmuşdum”. Musavat.com

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …