Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Könül qızını zorla ərə verib? -“Qızım kürəkənimi görməmişdi”

Könül qızını zorla ərə verib? -“Qızım kürəkənimi görməmişdi”

Müğənni Könül Kərimova qızınının məcburi evləndirməsi barədə  yayılan şaiyələrə aydınlıq gətirib. Moderator.az xəbər verir ki, “Virtual Həyat” verilişinə açıqlama verən sənətçi çətinliklərlə üzləşdiyini etiraf edib:
“İndi başqa dövrdür . Mən qızımı necə məcbur evləndirə bilərəm ki? Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı.
Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi”.
Sənətçi kürəkəninin xarakterindən də danışıb:
“Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, biraz üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatda tamam başqa bir insandır”.
Qeyd edək ki, Könül qızı Ləmanı Ağcəbədiyə ərə verib. Kürəkəni sənətçinin xalası nəvəsidir. Cütlüyün toyu ötən ilin noyabrında baş tutub.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …