Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / Könül Kərimova canlı yayında göz yaşı tökdü: “Oğlum əməliyyat olunanda mən deyib-gülürdüm” – VİDEO

Könül Kərimova canlı yayında göz yaşı tökdü: “Oğlum əməliyyat olunanda mən deyib-gülürdüm” – VİDEO

ARB TV-nin “Ona qalsa” verilişinin ilk qonağı əməkdar artist Könül Kərimova olub.

Canlı efirdə övladının başına gələn sağlıq problemindən danışan əməkdar artist kövrəlib:

“Bəlkə də bunu heç vaxt deməmişəm. Bütün ömrüm boyu həyatımı övladlarıma həsr etmişəm. Mənim eşqim, həsrətim, arzum, istəyim hamısı oğlum və qızımdır. Həyatda heç kim üçün ağlamamışam. Çox çətindir. Gözləmədiyin anda insan elə acizləşir ki… Sanki, nə yerdəsən, nə göydə… Elə bilirdim məndən güclü insan yoxdur. Mənə deyirlər ki, hər şey yaxşıdır, niyə şükür etmirsən? Deyirəm, şükür edirəm, amma içimdə özümə verdiyim suallar var və o sualların cavabını tapa bilmirəm. Nə vaxt tapsam onda rahatlayacam. Həmən anda mən verilişdə idim. Özü də canlı-canlı deyib-gülüb, əylənirdim. Verilişdən çıxanda mənə dedilər ki, təcili xəstəxanaya getməliyik. Təsəvvür edin, oğlum əməliyyat olub, hər şey də bitib. Anju olunub, kirəçlənmiş damarları təmizləyiblər. O məqama kimi insan heç nə hiss etmir. Ömründə ürəyindən şikayəti olmamışdı. Düşünərdim ki, mədə problemi ola bilər, başı ağrıya bilər, amma ürək nə deməkdi?!. Yatsam yuxuma belə girməzdi. Mən ora çatana qədər hamı bir nəfər kimi söz verib ki, Könül gələndə gülüb danışın. İçəri girmişəm heç nə olmamış kimi davranırdılar”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …