Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Kondisioneri əvəz edəcək geyim hazırlanır

Kondisioneri əvəz edəcək geyim hazırlanır

Böyük Britaniya alimləri “geyim-soyuducu”nun yaradılması üzərində işləyirlər. Ekspertlərin fikrincə, bu, kondisioneri əvəz edə biləcək.

AZƏRTAC xəbər verir ki, “geyim-soyuducu” xüsusi liflər və polietilendən ibarət olacaq. Bunun sayəsində geyim güclü istidə belə insan orqanizmini soyuq saxlamağa imkan verəcək. Həmçinin orqanizmi ətraf mühitin bütün mümkün təsirlərindən qoruyacaq. Alimlər bildiriblər ki, geyim “rahat nəfəs” alacaq, havanı 90 faizədək keçirə biləcək. Geyim üçün nəzərdə tutulan parçanın istehsalı nisbətən ucuz başa gələcək, çünki xammal kimi emal edilmiş plastikdən istifadə olunacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın