Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Komitə sədrinin qızının yüz minlik qarderobu narazılıq yaratdı – “…məmur övladları yersiz hərəkətlər etməməlidirlər”

Komitə sədrinin qızının yüz minlik qarderobu narazılıq yaratdı – “…məmur övladları yersiz hərəkətlər etməməlidirlər”

Yerli mətbuat Buro 24/7 saytına istinadən azərbaycanlı dizayner, “DeCamie” brendinin təsisçisi Kəmalə İbrahimovanın qarderobunu təqdim edib. Kəmalə İbrahimova hələ uşaq yaşlarından dəblə geyinməyi sevir. O, verdiyi müsahibələrdə dəfələrlə öz kuklalarını geyindirməyi, rəfiqələri ilə moda nümayişləri oyunu oynamağı sevdiyini deyib. Hazırda isə Kəmalə stili olan özünə arxayın, iddialı qızdır. Bəs o, nəyi geyinməyə üstünlük verir? Bizim fikrimizcə, bu, müxtəlif stilli əşyaların miksidir. Məsələn, gənc dizayner asanlıqla TOPSHOP demokratik markasından libas və üzərində “Balmain denim” gödəkcəsini geyinə, obrazı isə “Adidas Stan Smith” krosovkaları ilə yekunlaşdıra bilər.

Hündürdaban və tanketka – Kəmalənin xoşuna gələn ayaqqabılar məhz bunlardır. Dabanın hündürlüyü bəzən 16 sm-ə çata bilər. Ancaq qəhrəmanımız hündürlük barədə düşünmədən, sanki kəpənək kimi “Giuseppe Zanotti” səndəllərində uçur. Çantalara gəlincə, gündəlik variant olaraq, Kəmalə böyük ölçülü çantalardan istifadə edir, ziyafət obrazı üçün isə uzun zəncirli klatçlara üstünlük verir. Qeyd edək ki, Kəmalə İbrahimova Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızıdır.

Unikal.org olaraq, qeyd etmək istərdik ki, komitə sədri Nazim İbrahimovun oğlunun da bir müddət öncə dəbdəbəli həyat tərzi ilə bağlı faktlar gündəmi zəbt etmişdi. İndi isə Nazim İbrahimovun qızı dəbdəbəli həyat tərzini reklam edir. Ekspertlərin hesablamalarına görə, komitə sədrinin qızının nümayiş etdirdiyi paltarlar və çantaların hamısı brenddir və çox bahalıdır. Hesablamalara görə, komitə sədrinin övladının qarderobunda aşağı yuxarı yüz minlik əşyalar var. Təbii ki, 1750 manat əmək haqqı alan bir məmurun övladlarının bu cür yaşam tərzi bir çox sullar yaradır.

 Komitə sədrinin qızının yüz minlik qarderobu narazılıq yaratdı

Nazim İbrahimovun vəzifə səlahiyyətlərindən istifadə edərək milyonlara sahib olması barədə çox yazılıb. Amma onun övladlarının bu cür dəbdəbəli həyat tərzlərini nümayiş etmələri heç də etik deyil. Azərbaycanda bir milyondan çox məcburi köçkün yaşayır. Həmin ailələrdə minlərlə gənc qızlar var. Təbii ki, onlar da daha şıq geyinmək arzusundadırlar. Maddi imkanı aşağı olan ailələrin övladlarının bahalı və şıq geyimlər əldə etməsi isə mümkün deyil. Belə bir şəraitdə məmur övladlarının insanların psixologiyasına mənfi təsir edəcək hərəkətlərə yol verməsi ciddi narazılıq yaradıb.

 Komitə sədrinin qızının yüz minlik qarderobu narazılıq yaratdı

Bu barədə fikirlərini Unikal.org-la bölüşən millət vəkili Zahid Oruc sərt mövqeyini bildirib: “Ümumiyyətlə məmur övladı ifadəsi gerçəkdən mənfi bir rəng alıb. Azərbaycanda ötən illər ərzində bununla bağlı problemlər o qədə çoxalmış oldu ki, yəni, maddi imkanların nümayiş etdirilməsi, başqalarını aşağılamaq, hegemoniya və.s kimi tendensiyalar dövlət rəhbəri tərəfindən bu məsələyə kəskin reaksiya verilməsinə səbəb oldu. Bununla bağlı cəza tədbirləri də həyata keçirildi. Ayrı-ayrı şəxslərin valideyinləri işdən çıxarıldı ki, bu bir siqnal olsun və digər məmurlar da nəticə çıxarsınlar. Nəzərə alsınlar ki, insanlar üzərində hakimiyyət mövqeyi tutmaq o anlama gəlmir ki, əldə olunmuş asan pullar onların övladlarının başqalarına tənə etməsinə, rişxəndə, onları əzməsinə v.s.-yə səbəb olmalıdır. Başa düşməlidirlər ki, onlar kasıb insanların üzərində mövqedədirlər. Yəni, komandir əsgərə görə komandirdir. Niyə belə olur? Bunun sosial-psixoloji tərəfləri var. Çünki gerçəkdən həmin şəxslər nümayiş etdirdiklərinə xərclənən pulları zəhmət hesabına əldə olunan pul kimi saymırlar. Kasıb balaları isə valideyinlərinin müəyyən məhrumiyyətlərdən keçərək o uşaqları ayaq üstə saxladıqlarını görürlər. Çox az hallarda varlı övladları həyatda mühüm diplomatik, siyasi və.s nailiyyətlər qazanırlar”.

 Komitə sədrinin qızının yüz minlik qarderobu narazılıq yaratdı

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, deputat Rövşən Rzayev Unikal.org-a açıqlamasında məmur övladlarının dəbdəbəli həyat tərzlərini reklam etmələrini qətiyyətlə pisləyib: “Belə halları çox pis qiymətləndirirəm. Hesab edirəm ki, bu addımlar tərbiyədən kənar məsələlərdir. Nə qədər ki, ölkəmiz ərazi bütövlüyünü təmin etməyib. Belə hərəkətlərlə öyünmək yersizdir. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, məmur övladları yersiz hərəkətlər etməməlidirlər. Belə hərəkətlər edən məmur övladları ölkə başçısının bu dediklərini əsas tutaraq övladlarına da başa salmalıdırlar ki, bahalı, maşınları, geyimləri cəmiyyətə nümayiş etdirmək olmaz. Bahalı əşyaları, geyimləri, avtomobili sosial şəbəkələrdə mətbuatda yaymaq ictimaiyyətə göstərib öyünmək düzgün deyil”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın