Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Komitə sədri 2 dəfə töhmət verdiyi şəxsə mükafat üçün Prezidentə təqdimat yazıb?

Komitə sədri 2 dəfə töhmət verdiyi şəxsə mükafat üçün Prezidentə təqdimat yazıb?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ətrafında yaranan 170 minlik rüşvət qalmaqalı daha da böyüyüb.

Cebhe.info xəbər verir ki, pulu Eynur Kərimovdan almaqda ittiham olunan sabiq Aparat rəhbəri Səfər İmanova fəaliyyəti dövründə inzibati pozuntulara yol verdiyi üçün komitə sədri Hicran Hüseynova tərəfindən iki dəfə töhmət verilib.

Komitə rəsmilərinin də vurğuladığı kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanova həqiqətən fəaliyyəti dövründə töhmət verilib. Lakin maraqlıdır ki, töhmət alan Aparat rəhbərinin təltif olunması üçün komitə sədri Hicran Hüseynova tərəfindən ölkə başçısı cənab İlham Əliyevə təqdimat hazırlanıb.

Verilən təqdimata əsasən, İmanov Səfər Bəbir oğlu Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2011-ci il Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aydın məsələdir ki, Səfər İmanovun təltif olunması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə təqdimat hazırlayarkən sabiq Aparat rəhbərinin töhmət alması gizlədilib.

Eynur Kərimovun vəkili Kamandar Nəsibov Cebhe.info-ya bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 19 fevralda verdiyi müsahibədə sabiq Aparat rəhbəri Səfər İmanovun hüquq-mühafizə xidməti orqanları tərəfindən tapılıb ölkəyə gətirilməsini istədiyini deyib: “Sual vermək istəyirəm. Nə üçün müvəkkilim 2015-ci ilin oktyabr ayının 22-də verdiyi pulu almaq üçün Hicran Hüseynovanın yanında olarkən komitə sədri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmədi? Səfər İmanov o zaman vəzifəsində idi. Onu kənarda axtarmağa ehtiyac yox idi”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın