Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Kolleclərdə qəbulun nəticələri çap olunub

Kolleclərdə qəbulun nəticələri çap olunub

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.

DİM-dən verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın