Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Köhnə, yoxsa təzə yetişən meyvə-tərəvəzi yeyək? – HƏKİM

Köhnə, yoxsa təzə yetişən meyvə-tərəvəzi yeyək? – HƏKİM

Yaz fəsli insanlar qidalanmaya diqqət etməlidir. Çünki bu fəsildə orqanizmdə müəyyən dəyişikliklərin baş verdiyi deyilir. Əksər insanlarda halsızlıq, yorğunluq, yuxu istəyi, kədər, stress kimi hallar müşahidə edilməyə başlayır.
Yaz fəsli gələr-gəlməz mağaza və bazarlarda meyvə və tərəvəzləri görən insan onlardan keçə bilmir. Uzun qış aylarından sonra insanlara sanki gəl-gəl deyən meyvələri və tərəvəzləri orqanizmimiz də tələb edir. Ancaq bu meyvə və tərəvəzlərin əksəriyyəti süni yolla yetişdirildiyindən insan səhhəti üçün təhlükə yarada bilər. Ekspertlər bu mövsümdə həftə ərzində ən azı, bir dəfə mal əti, azı iki dəfə balıq, iki dəfə paxlalı bitkilər, iki dəfə yumurta və hər gün iki fincan qatıq, yarım ovuca qədər fındıq və badam yeməyi məsləhət görürlər. Yeməkləri bişirdikdən sonra çox az miqdarda zeytun yağı əlavə etmək çox faydalıdır. Yemək aralarındakı zaman ərzində isə mövsümə uyğun meyvələr qəbul olunmalıdır.
Yaz aylarında orqanizm A, B və C vitaminlərinə olan tələbatı artır. A vitaminin çatışmazlığı dəridə quruluğa və gözdə zəifliyə səbəb ola bilər. Bu problemlərdən süd, yumurta, balıq və bol miqdarda sarı-narıncı rəngli meyvələrdən istifadə etməklə uzaq olmaq mümkündür. B vitamini çatışmadıqda isə insanda əsəbilik, ürək döyüntülərinin artma halları müşahidə edilir. Bu problemlərlə üzləşmək istəmirsinizsə, ət, yumurta, kələm və kartofdan bol miqdarda istifadə edin. Orqanizmdə C vitaminin çatışmazlığı immunitetin zəifləməsi və halsızlıqla müşahidə edilir.
Sadaladığımız hallardan qorunmaq üçün kartof, təzə meyvələr, limon və kələmdən istifadə etməyi unutmayın. Havaların isinməsi ilə əlaqədar qəbul olunan mayenin miqdarı da müvafiq olaraq artırılmalıdır. Gün ərzində ən azı 1,5 litr maye qəbul olunmalıdır. Alkoqol və spirtli içkilərdən mümkün qədər uzaq durmalı, əvəzində rahatladıcı və immun sistemini gücləndirən bitki çaylarından istifadə olunmalıdır. Yaz aylarında orqanizmin A,B, və C vitaminlərinə bir çox minerallara olan tələbatı artır. Ona görə də bu vitamin və minerallarla zəngin qidalara üstünlük verilməlidir.
Hazırda elə bir aydır ki, keçən ildən yetişən və qış aylarında olan tərəvəzlərlə yeni yetişən tərəvəzlər bazarda yer alır və insanların bu tərəvəzlərdən hansının yaxşı olduğu düşündürür. Əksəriyyət yeni çıxan meyvə və tərəvəzlərin yaxşı olduğunu fikirləşir və alır. Ancaq elə tərəvəz və bitkilər var ki, müəyyən kateqoriyalarına görə köhnəsi yeni çıxandan daha xeyirlidir. Məsələn kartof kimi.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bazarlarda satılan köhnə, yəni keçən ildən yetişib qalan bitkiləri yeməyin təhlükəli olmadığını bildirdi: “Məsələn, kartof elə bir bitkidir ki, o uzun müddət qala bilir. Bəzi parametrlərinə görə kartofun köhnəsi təzəsindən üstün sayılır”.
A.Qeybulla insanları istixanalarda yetişdirilən meyvə-tərəvəzləri alarkən diqqətli olmağa çağırdı. Onun sözlərinə görə, istixanalarda yetişdirilən bəzi məhsullar zəhərlənməyə səbəb olur: “Vaxtından əvvəl yetişdirilən qidaların böyük əksəriyyəti insanların səhhəti üçün zərərlidir. Hər bir meyvənin, tərəvəzin öz yetişmə dövrü var və insanlarda bu qidalardan yalnız yetişmə dövründə istifadə etməlidirlər. Hazırda istixanalarda müəyyən süni iqlim şəraitində yetişdirilən müxtəlif bitkilər var. Təbii ki, onların meyvələri təbii yetişən məhsulun keyfiyyətindən aşağıdır. Amma bir məsələ var ki, istixanalarda müxtəlif gübrələrdən, çürük maddələrdən istifadə edilə bilir. Düzdür, hazırda bizim bostanlarda da ürək açan vəziyyət yoxdur. Bitkilərə həddən artıq gübrə vermək və digər amillər bu tərəvəzlərə öz təsirini göstərir. Qarpızdan, pomidordan zəhərlənmə halları göstərir ki, bunlar yetişdirilən zaman həddən artıq gübrə və müxtəlif situmullaşdırıcı qidalar verilib. Ona görə də bu cür meyvələri alarkən onların içərisinə diqqət etmək lazımdır. Məsələn, qarpızın içərisində uzun zoğlar varsa, yaxşı olar ki, yeyilməsin. Bu, pomidora da aiddir”.
musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın