Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Şou Biznes / “Kod adı: Rey” kitabı işıq üzü görüb

“Kod adı: Rey” kitabı işıq üzü görüb

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan “Kod adı: Rey” kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, kitabda müəllifin 2012-2013-cü illərdə qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991-1992-ci illərdə Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir. Kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Kitab yaxın günlərdə satışda olacaq.

Xatırladaq ki, R.Kərimoğlu 1991-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu isə elə öz adı – “REY” olub.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın