Ana səhifə / Şou Biznes / “Kişisən, şərəfin varsa…” — Rəşat Kəsəmənli kimə əsəbiləşdi?

“Kişisən, şərəfin varsa…” — Rəşat Kəsəmənli kimə əsəbiləşdi?

“Bəzən görürsən ki, sosial şəbəkələrdə qorxaq kimi gizlənən insanlar mənə atmaca atır. Baxıb görəndə ki, feyk profildir, bir-iki izləyicisi var, tutarlı söz deyib, dərhal da blok edirəm. Yox, əgər həmin adamı tanıyıramsa, mənə qarşı cızığından çıxıbsa, dərhal çağırıb, yerini göstərirəm. Gəlməsə də, özü biabır olur”.


Bunu saytımıza açıqlamasında tanınmış aktyor və şair Rəşat Kəsəmənli sosial şəbəkələrdə ünvanına yazılan şərhlərə münasibət bildirərkən deyib.

O, haqlı olmadığı təqdirdə, üzr istəməyi də bacardığını bildirib:

“Bəzən insanlar qanmır, qanmayanı da lazım olan yolla qandırmaq lazımdır. Görürsən başa düşmür, başına qapaz vurursan, anlayır. Mənimlə haqsız davranan insanlara fiziki təzyiq də göstərə bilərəm. Bir də görürsən, ağzına gələni yazır, qorxaq kimi saxta profilində gizlənir. Kişisən, şərəfin varsa, gəl, danış mənimlə. Çağırıram söhbət edirəm. Görsəm ki, haqlı deyiləm, heç həmin adam deməmiş özüm ondan üzr istəyirəm. Yox, əgər haqlıyamsa, onda həmin şəxs cavabını almalıdır”.(yenicag.az)

Həmçinin oxuyun

Nuri Alço özündən 33 yaş kiçik sevgilisi ilə evləndi – Fotolar

“Yeşilçam”ın ən məşhur mənfi obrazlarının ifaçısı aktyor Nuri Alço evlənib.  Yenisabah.az türkiyə mətbuatına istinadən xəbər …