Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Kişilərin qorxaq və simic olması…” – Aynişan

“Kişilərin qorxaq və simic olması…” – Aynişan

Bloger Aynişan Quliyeva şəhərin mərkəzində yerləşən iki mağazasının bağlanması haqda yayılan xəbərə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, bloger mərkəzi küçələrin birində yeni mağaza açdığını bildirib: “Çoxdandır ki, arzuladığım və üzərində çalışdığım biznesim başlayır”.

Aynişan Quliyeva “Kişilərdə ən nifrət etdiyiniz xüsusiyyət nədir?” sualına isə “Qorxaq və simic olması. Tənbəl olması da başqa hadisədir”, – deyə cavab verib.

Bloger “Sevdiyiniz insanın ali təhsilini, madiyyatını önəmsəyirdiniz?” sualına isə belə cavab verib: “Önəmsəmirdim, amma önəmsəmək lazım imiş”.

İfaçı şəxsi həyatı haqda sualı da cavablandırıb. O, “Tənhalıq sizi yorurmu?” sualına “Bunu tənha insanlardan soruşsanız daha düzgün cavab verər”,-deyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …