Belə ki, sənətçi verilişdə şəxsi həyatından danışıb:

“Karyerama görə şəxsi həyatıma vaxtım yoxdur. Düzdür, ailə önəmlidir. İllər keçir, ayılacağıq ki, işlədik, yanımızda övlad yoxdur. Anam deyir ailə lazımdır. Deyirəm, bu bəxtdir, Allah icazə versə, olacaq. Qurduğum ailə həyatları uğursuz oldu. İlk dəfə 19 yaşımda ərə g etdim. Bu da mənə əzab gətirdi. Kişilər tərəfindən mənə xoşbəxtlik gəlmir. Kişilər məni depressiyaya salır. İstəmir həyatımda depressiya olsun. Yaşadıqlarım dərsdir. Birinci ailəm çox səhv idi. Elə bilirdim sevirəm, amma sevmirmişəm”.

Oksana keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə münasibətindən danışıb:

“Elşadla qurduğum ailə isə böyük sevgidən idi. Boşanan cütlüklərin bir-birini arxasınca danışmasını anlaya bilmirəm. Bəzən düşünürəm ki, nə ağılla ərə getmişəm? Bəzən fikirləşirəm ki, niyə boşandım? Düzdür, boşanıb, yenidən ailə quran var. Bizdə belə bir hal gözlənilmir. Bizim sevgimiz doğmalığa çevrilib. Sevgi unudula bilər, əsas doğmalıqdır. Biz ayrı yaşasaq da, onun barmağına tikan batsa, ürəyim ağrıyar. Elşad ayrılıq ərəfəsində pis depressiyaya düşdü”.