Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / “Kişi yaxşı edir xəyanət edən qadına güzəştə getmir”

“Kişi yaxşı edir xəyanət edən qadına güzəştə getmir”

“Saytda yalandan yazmışdılar ki, aşıq Zülfiyyə pandemiyada ikinci restoranını açdı. Təbii ki, bu ağ yalandır. Camaat bir restoranı əlində saxlaya bilmir, o ki, qalsın ki, ikinci restoranı açım. Sadəcə olaraq açdığım restoranı gözəl təmir etdirdim, ikinci dəfə açılış etdim. Restoranda iş zəifləyib, o qədər də yaxşı getmir. Pandemiyadan əvvəl müştəri gəlib-gedirdi.

Bütün günü restoranda oluram, özüm başçılıq edirəm hər şeyə. Sağ olsun bir çox sənət yoldaşlarım gəlib, həm dəstək olur, həm də xeyir verirlər. Əslində mən onları qonaq etmək istəyirəm, amma onlar bunu qəbul etmirlər. O gün müğənni Nazənin gəlmişdi, dedim ki, birinci dəfədir gəlirsən də, bu dəfə qonaq ol. Dedi ki, Allaha and olsun ki, pul götürməsən gələn dəfə gəlmərəm. Həyatımızın gedişi dəyişib, çox təəssüf olsun ki, bizim iqtisadiyamızın əksər hissəsi toylarla bağlıdır. Görün bir restoranda neçə adam işləyir?!”

Bunu tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra haqqında yayılan şayələrdən danışıb.

“Adıma şaiyə çıxarıblar ki, sənətdən gedib, bizneslə məşğul olacağam. Məni sənətdən heç kim uzaqlaşdıra bilməz, Allah nə veribsə sənətə verib. Restoran işi sırf baş qatmaq üçündür. Kim desə ki, restorandan pul qazanıram, inanmayın. Çünki sənətim olmasaydı restoran biznesim də olmazdı. Bir ara deyirdilər ki, guya oğlum Babəklə danışmırıq. Bir ana oğlundan necə küsə bilər ki? O sözü kim deyirsə qələt edir, başını daşa döyür. Babəklə təbii ki, inciklik olur, amma danışmamaq artıq yalandır. Camaat boş qalanda çox söz danışır, iş-güc açılsaydı gedib işləyərdilər, boş qalmazdılar. Danışmağa söz tapmırlar. Yaxşı danışanın yaxşı, pis danışanın da qabağına pis çıxsın” deyə aşıq deyib.

Aşıq Zülfiyyə qadın-kişi xəyanətindən də danışıb.

“Nə qadın, nə də kişi xəyanət etməməlidir. Bir şey ki, şeytana xas olan bir xüsusiyyətdir, o necə yaxşı ola bilər? Qadın bağışlayandır, qadın qadın olarsa o evin təməli möhkəm olar. Kişinin kişi adı var, qadın ona güzəştə getməlidir. Kişi yaxşı edir xəyanət edən qadına güzəştə getmir. Mən hardasa bir pillə də olsa kişini yuxarıda görmək istəyirəm. Baxmayaraq ki, mən özüm qadınam, bu mənim şəxsi fikrimdir. Amma gəlin razılaşaq ki, elə qadınlarımız da var ki, 1000 kişiyə dəyərlər” deyə aşıq bildirib.

Zülfiyyə İbadova sənətindən də danışıb.

“Bu aralar yazılan bütün mahnılar vətənpərvər mövzusundadır. Əslində mən bu mövzuda şeirlər yazdırıb, mahnılar oxumurdum. Amma bu 44 gün ərzində elə bir gün olmadı ki, mən ağlamayım. O qədər kövrək idim ki. Bəlkə də bizimkilər də müharibədə idilər deyə ona görə, bunu deyə bilmirdim. Hal-hazırda Ülviyyə Vasfiqızının rəhbərliyi ilə “Dəmir yumruq” təşkilatı yaradılıb. Mən də bu təşkilatın üzvüyəm. Şəhid, qazi ailələri ilə görüşürük, problemləri ilə maraqlanırıq, onlara maddi və mənəvi dəstək oluruq. Hər bölgədən olan qazi və şəhid ailələri ilə görüşəcəyik. Hər bir şeyi prezidentdən gözləməməliyik, hamımız dövlətə dəstək olmalıyıq” deyə aşıq bildirib. Moderator.az

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …