Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Şou Biznes / ““Kişi qızı” söhbətləri bizi boğaza yığıb” – “Maşın”ın pərdəarxası

““Kişi qızı” söhbətləri bizi boğaza yığıb” – “Maşın”ın pərdəarxası

 

Ötən gün “Maşın” realiti şousuna media tur təşkil olunub.  “Qafqazinfo” xəbər verir ki, KİV nümayəndələri yarışmada iştirak edən məşhurlarla görüşüb, onlara suallarını ünvanlayıb. 

İştirakçılar oyundan kənarlaşan tanınmışların atmacalarına, qruplaşma üzvlərinin qurduğu oyun və qalmaqalların pərdəarxası barədə fikir bildiriblər.

Qalmaqallı iştirakçı Sərxan Kərəmoğlu sosial şəbəkələrdə yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, arxasında maliyyə gücünün olmadığını bildirib:

“Mən bu oyunda heç kimə güvənmirəm, arxamda da heç kəs yoxdur. Əgər güvənsəydim Murad Dadaşov ev kirayəsini vermək üçün övladıma 300 dollar göndərməzdi. Sponsorum olsaydı, bu gün şouya belə canımı qoymazdım. Bundan əlavə, reklama da ehtiyacım yoxdur. Səs-küylü qarşılaşmamız Mənsur Şəriflə oldu. O, burada müsbət xarakter yaratmışdı, amma oyunçu deyildi. Ona səsvermədə çox dəstək çıxdılar. Bizim savaşımızda televiziya mədəniyyəti qalib gəldi”.

Aparıcı Ranar Musayev isə S. Kərəmoğlunun fikri ilə razılaşmayıb, TV-lərin küçədən fərqli olmadığını söyləyib:

“Televiziyanı da bu dəqiqə çox mədəniyyətli adlandırmaq olmaz. Artıq küçə ilə televiziya arasında heç bir fərq qalmayıb. Bir məsələ də var, gecə klubunda rəhmətə gedən, xəyanətə görə saçı kəsilən qızlara “əcəb olub” deyirlər. Ona görə, “Maşın” şou  haqqında sosial şəbəkələrdə artıq nəsə rəy yazırlarsa, normal qarşılamaq lazımdır. İnsan heç kimin dərdinə önəm vermirlərsə, buradakı qalmaqala rahat şəkildə şərh yaza bilərlər. Narahat olmağa dəyməz”.

Xəyalə Quliyeva isə oyundan kənarlaşdırdığı Nazilə Səfərlinin instaqramda paylaşdığı posta münasibət bildirib.

O, şairənin “Xəyaləni satqın kimi qələmə verməyin, xınalara gedir, xalq onu satqın kimi başa düşüb məclislərinə buraxmaz” deməsini şərh edib. Aparıcı-aktrisa, həmçinin Nazilənin “hormonsuz” adlandırğı şəxsin kimliyi barədə suala da cavab verib:

“Bəlkə, həmin an səsim efirə getməyə bilərdi. Amma mən sözümü ona demişəm. Sonda qeyd etdim ki, “getsin”ə səs istə, deponu boşaltsınlar. Həqiqətən, Nazilə Səfərlini çıxarmaq fikrim yox idi, oyun zaman belə bir qərara gəldim. Biz onu mehribanlıqla yola saldıq, güclü rəqib idi. Hormonsuzu kimə deməsi barədə dəqiq bir söz deyə bilmərəm”.

Xose Bernardo mətbuatda yazıldığı kimi N. Səfərlinin onu “hormonsuz” adlandırmasına rəy verib.  O, həmin sözü özünə götürməyib:

“Hormonsuz nə deməkdir? O söz mənə aid deyil. Hormonumda problem yoxdur. Dəqiq mənimlə əlaqəsi yoxdur”.

Bundan əlavə, Xose Bernardo Xəyalə Quliyevanın səsverməyə çıxmasının pərdəarxasından söhbət açıb:

“Nazilə xanımın getməyi barədə oyun qurmamışdım.Sadəcə olaraq Xəyalə Quliyevanın səsverməyə çıxmasına şərait yaratmışdım. Xəyalənin qalmasına sevindim. Ola bilər ki, kadrlarda gülmüşəm, onun getməyinə sevinmişəm. Amma bu, Nazilə xanımın təkəbbürünə cavab idi”.

Dilarə Kazımova isə “Maşın” şouda “kişi” söhbətlərindən bezdiyini dilə gətirib:

“Biz özümüz kişi söhbətlərindən bezmişik. “Kişi qızı”, “Kişi kimi” sözlərindən çox istifadə olunur. Gender söhbətləri bizim əsas mövzumuza çevirilib.  Kimi nə narahat edirsə, onlardan söhbət edir. Düşünürəm ki, kişi adam heç vaxt deməz ki, mən kişiyəm. Qadınlara da bunu şamil etmək olar. Bu söhbətlər bizi boğaza yığıb”.

O, həmkarı Səmra Rəhimli ilə daha çox geyimlərindən danışılmasına reaksiya verib:

“İnsan fərqlənməlidir. Kimisi səs, kimisi geyimi ilə diqqət çəkir. Bu, vacib olan bir şeydir. Biz o qədər insanı yola salmışıqsa, deməli, oyunumuzu oynayırıq”.

 






Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …