Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Kirayə evlər ucuzlaşır

Kirayə evlər ucuzlaşır

Bu ayın ötən günlərində kirayə mənzil bazarında qısa müddətə təklif olunan evlərin qiymətində nisbətən artım müşahidə edilib. Bu, ölkəmizdə keçirilən Birinci Avropa Oyunları ilə bağlı olub.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı monitorinqin nəticələrinə əsasən deməl olar. Belə ki, bu ayın əvvəlindən başlayaraq paytaxtın bir və ikinci zonalarındakı (mərkəz) kirayə bazarında tələb yüksəlib. Qiymət artımları məhz qısa müddətli dövrdə, xüsusən 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə olunub. Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycanda qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veriblər.

Ekspertlərin fikrincə, Avropa Oyunları başa çatıb və bundan sonra qiymətlər ucuzlaşa bilər. Kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər kirayə evlərin qiymətində güzəştə getməyə məcburdurlar.

Monitorinqlər göstərib ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqı hətta 2 min manatdan çox olub. Baxmayaraq ki, həmin mənzillər əvvəlki aylarda 1000-1200 manata təklif edilirdi. Bu, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlı olub. Amma indi daşınmaz əmlak bazarındakı vəziyyətin dəyişəcəyi gözlənilir.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın