Cümə , Fevral 26 2021
Ana səhifə / Şou Biznes / “Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə xoş söz deyəndə şübhələnirik. Görəsən, bu adam niyə mənə qarşı belədir? Bəlkə yaltaqlıq edir ki, sonra nəsə istəsin və s. fikirlər gəlir ağlımıza. Niyə belə olmuşuq biz? Niyə kiməsə tənqid və təhqir demək qəhrəmanlıq kimi qələmə verilir? “Filankəs sözü üzünə dedi” elə deyirlər ki, elə bil nəsə bir qəhrəmanlıq edib. Kiminsə ayıbını demək qeybətdir”.

Bunu müğənni Nura Suri deyib.

“Bu, nə adətdir insanların yatağını müzakirə etmək? Hardan yaranıb bu əxlaqsızlıq? Başqasının yatağını müzakirə etmək əxlaqsızlıqdır. Sizə nə axı kim öz yatağında öz bədəni ilə nə edir? Niyə bu sizi narahat etməlidir ki? İnsanlara qiymət vermək haqqını hardan almısınız? Məni ancaq cəmiyyətə zərər verən məsələlər narahat edir. Kim öz həyatını necə yaşayır, mənə dəxli yoxdur. İstəyir lap küçənin ortasında dombalaq aşsın. Kiminsə haqqını tapdalayan, rüşvət alan (verən), öz vəzifəsindən sui-istifadə edən və s. kimi hallar narahat edir məni. Kim necə geyinib, nə danışıb, kiminlə yatıb, kiminlə ayrılıb lazımsız məlumatdır axı. Nəyimə lazım. Məni başqa suallar narahat edir. İnsanlar niyə hələ də canlılara əziyyət verir? Niyə dərisindən paltar, ətindən yemək hazırlayır. Niyə əclaflığın, qəddarlığın, nifrətin dərmanı yoxdur. Niyə şəkərin, hepatitin və s. kimi xəstəliləklərin peyvəndi hələ də yoxdur, amma 1 il əvvəl peyda olan virusun peyvəndi mövcuddur artıq?  Əslində, təxmini cavabları var bu sualların, amma cavablar daha çox narahat etdiyindən arada düşünməməyi seçirəm. O da ki alınmır” – N.Suri bildirib.

Həmçinin oxuyun

“Oğlum kef çəkməyə gedib, boynunda qalıb” – Qalmaqal

ARB TV-nin “Elgizlə İzlə” verilişinin növbəti qonağı tanınmış diktor, Xalidə Gözəl olub. Diktor oğlunun evləndiyi …