Şənbə , Dekabr 5 2020
Ana səhifə / Şou Biznes / “Kim gəlib 255 manata işləyər?” -Afaq Bəşirqızı

“Kim gəlib 255 manata işləyər?” -Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı “Stop” proqramının qonağı olub.
Azinforum.az qafqazinfo-a istinadən xəbər verir ki, məşhur aktrisa verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.
A.Bəşirqızı müsahibəsində ailəsinin toxunulmaz olduğunu, şəxsi həyatı barədə danışmaq istəmədiyini deyib:
“Şəxsi həyatımdan danışmağı sevmirəm. Ailəm toxunulmazdır. Həyat yoldaşımdan, övladımdan, nəvələrimdən danışmağı sevmirəm. Mən bilirəm və sübut edirəm ki, ailəni heç bir şeylə müqayisə etmək olmaz. Ailə sənətdən, bütün sevimli hobbilərdən önəmlidir. Sənət və ailəni eyni zamanda yaşatmağı bacarmalısan. Amma seçim qarşısında qalsam, ailəni seçərəm”.
Aktrisa deyib ki, xınayaxdılar təşkil edən, az qonorarla serial çəkilən həmkarlarını qınamır:
“Heç kim heç kimin qapısını döyüb 50 qəpik vermir ki, ac qalma. Heç kimi mühakimə etməyin. Əsl sənətkarın heç vaxt pulu olmayıb. Kim gəlib 255 manata işləyər? O, sənətinin fanatıdır. Amma onun təşəkkürünü dövlət və xalq verir”.

Həmçinin oxuyun

Manaf Ağayev və Afət Fərmanqızı tandemi jurnalistdən nə istəyir…

Bu günlərdə jurnalist həmkarlarımdan birinin müğənni Manaf Ağayevin hələ şou-biznesdə parlamasından çox əvvəllər “makler” (ev …