Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Şou Biznes / “Kim deyir ki, qadağa var? Vallah, hər gün toydur“ – Aşıq Zülfiyyə

“Kim deyir ki, qadağa var? Vallah, hər gün toydur“ – Aşıq Zülfiyyə

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu. Bütün dünyanı cənginə götürən pandemiya dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələrinə də mənfi təsir etdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova aşıqların da vəziyyətinin pis olduğunu deyib:

“Bütün şou əhli kimi biz aşıqlarda da vəziyyət qəlizdir. “Palaza bürün, ellə sürün” deyib yaşayırıq. Hamının vəziyyəti bu gün eynidir. Əfsuslar olsun ki, biz sənət adamlarının iqtisadiyyatı sadəcə toy üzərində qurulub. Toylara qadağa qoyuldu deyə, Azərbaycanda demək olar ki, bütün sahələr dayandı. Çünki hər şey toy məclislərinə bağlıdır. Bir şadlıq sarayında azı 100 işçi çalışırdı. Eybi yox, bir az səbr edə, bir müddət yeni paltarlar geyinməyə də biklərik, əsas odur canımız sağ olsun, dünyamız əvvəlki axarına qayıtsın. Əsas odur Qarabağı almışıq. Ən azından başımız ucadır, kiminsə yanında utanmırıq”.

Toylarla bağlı qüvvədə qalan qadağa barədə danışan sənətçi məclislərin gizli şəkildə keçirildiyini bildirib:“Hər yerdə toy edirlər. Toylar açılıb, özü də lazımi qaydada – gizli şəkildə. Neçə adamdan eşitmişəm ki, “oğlumu evləndirdim, qızımı köçürdüm”. hər gün toydur, sadəcə daha az adamla. Inşallah, normal həyatımıza dönərik. Hamı toylar üçün darıxıb”.

Həmçinin oxuyun

Sami Yusuf azərbaycanlı məşhurun oğlunu səslədi: “Hardasan Kənan?” (VİDEO)

Əməkdar artist Təyyar Bayramovun məşhur müğənni Sami Yusufla görüntüsü yayılıb. Manset.az xəbər verir ki, görüntüdə …