Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Kikboksçumuz ermənini nokauta saldı

Kikboksçumuz ermənini nokauta saldı

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

Missiya.Az xəbər verir ki, bu gün Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nokauta salaraq qələbə qazanıb.

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

Bu, birinci dəfə deyil ki, X.Əhmədov erməni döyüşçü üzərində qələbə qazanır. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nokautla məglubiyyətə uğratmşdı.

X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın