Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / İki azərbaycanlını olimpiya siyahısından “sildilər”

İki azərbaycanlını olimpiya siyahısından “sildilər”

Avqustun 5-də Rio-de-Janeyroda start götürəcək Olimpiadada Azərbaycan həm də hakimlər korpusunda təmsil olunacaq.

Düzü, çox qəribədir ki, Rioya beş Azərbaycan arbitri yollanacaq. Çünki bizim idman strukturları nədənsə yalnız üç arbitrin adını çəkir. Məsələn, bu günlərdə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş mətbuat konfransında Azərbaycanı güləşdə, boksda və idman gimnastikasında təmsil edəcək üç hakim haqqında məlumat verildi: Hicran Şərifov, Rövşən Huseynov və Rza Əliyev.

Milli Olimpiya Komitəsinin nümayəndələri də öz müsahibələrində üç hakim haqqında məlumat verdilər, hərçənd ki, oyunlarda beş Azərbaycan arbitri iştirak edəcək. Yuxarıda adı çəkilənlərdən başqa Fikrət Vəliyev (qılıncoynatma) və Mark Koqan (su idmanı) da yarışlara yollanacaqlar.

Bəs hansı səbəbdən onların adı qeyd olunmur? Bəlkə ona görə ki, həmin idman növləri Azərbaycanda məşhur deyil?

Yeri gəlmişkən, ən az gözə çarpan idman növləri üzrə Azərbaycan arbitrlərinin Olimpiadaya düşə bilməsi inkişaf etmiş idman növlərində olimpiya kateqoriyası üzrə hakimlərin mövcudluğundan daha çox diqqətə layiqdir. Çünki indiki halda bu, Federasiyanın nüfuzu deyil, hakimin məxsusi şəxsi xidmətidir. Bu, təxminən, Azərbaycan futbol arbitrinin dünya və Avropa çempionatlarının final mərhələ oyunlarına hakimlik etməsi ilə eyni şeydir.

Fikrət Vəliyev haqda danışsaq, Beynəlxalq Qılıncoynatma Federasiyası olimpiya yarışında hakimlik edəcək arbitrlərin adlarını hələ ilin əvvəlində elan etmişdi. Apreldə isə ona təsdiq cavabı verilmiş və Rio-de-Janeyro reysinə uçuş bileti göndərilmişdi.

Bundan başqa, o, Azərbaycan qılıncoynadanları yığmasının baş məşqçisidir. Onun qəyyumluğu altında olan Səbinə Mikina da minimal maliyyələşdirmə ilə Olimpiadaya yol aça bilib.

Mark Koqanova gəlincə, o, Azərbaycan Su İdmanı Növləri Federasiyasının vitse-prezidentidir. Bundan əvvəlki nüfuzlu beynəlxalq yarışlarda uğurlu hakimlik nümayiş etdirdiyinə görə, o ilk dəfə Olimpiadada iştirak üçün dəvəti alıb. Koqanov beş neytral Avropa hakimi sırasına daxil olub ki, həmin hakimlərin təmsil etdiyi ölkələr Olimpiya su idmanı yarışında iştirak etməyəcək.

Beləliklə, Azərbaycanı 2016-Olimpiya oyunlarında beş arbitr təmsil edəcək. Bizə yalnız onlara uğurlu hakimlik, idman strukturlarının isə onlara bərabər münasibət sərgiləmələrini arzu etmək qalır. Axı, onların hər biri Azərbaycanı təmsil edir…

Virtualaz.org

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın