Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / Keçmiş şeyx Vaqif Əkbərov Tiflisdə erməni sərgisində

Keçmiş şeyx Vaqif Əkbərov Tiflisdə erməni sərgisində

Gürcüstan paytaxtında erməni fotoqrafı və foto-jurnalisti German Avakyanın “Tiflisin simaları” adlı sərgisi təşkil olunub.

Virtualaz.org Sputnik Armeniya-ya istinadən bildirir ki, ziyarətçilər arasında Gürcüstan Müsəlmanları İdarəsinin keçmiş rəhbəri, azərbaycanlı Vaqif Əkbərov da olub.

“Qafqaz əməkdaşlığı” tərəfindən təşkil edilmiş sərgi Tiflisin elit cəmiyyəti arasında məşhur olan Black and White qalereyasında keçirilib. Orada əsasən Gürcüstanın və Ermənistanın ictimai xadimləri toplaşıblar. Bu mənada qonaqlar arasında azərbaycanlı V.Əkbərovun olması çoxlarını təəccübləndirib.

Bildirilir ki, keçmiş şeyx və fotoqraf bir-birilə bir neçə il əvvəl Tiflis məscidində tanış olublar.

“German Avakyan çox istedadlı insandır, o, Tiflisin obrazını və xarakterini dəqiqliklə verməyi bacarıb. Mən özüm uşaqlıqda foto sənətilə maraqlanmışam, indiyə qədər çox şeylər görmüşəm. Ancaq çoxdan idi belə mənəvi yüksəliş hiss etmirdim”, – deyə Vaqif Əkbərov bildirib.

O hesab edir ki, incəsənət siyasətdən və sərhədlərdən kənardır və bunu yalnız Tiflisdə görmək olar: “Burada ermənilər və azərbaycanlılar, kürdlər və türklər, ruslar və gürcülər, assuriyalılar və yunanlar və s. bir yerdə, yan-yana yaşayırlar”.

Mixail Saakaşvilinin hakimiyyəti dövründə-2011-ci ilin iyununda bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi olmuş Vaqif Əkbərov çoxları tərəfindən qəbul olunmayıb. Gürcü KİV-inin yazdığına görə, 2013-cü ildə Gürcüstanın müsəlman din xadimləri onu özlərinin mənəvi lideri kimi qəbul etmədiklərini bəyan ediblər. Axundlar iddia edirdilər ki, Əkbərov Saakaşvilinin vaxtında, kifayət qədər qəribə şəraitdə təyin olunub. Ölkənin müxtəlif regionlarından (Kvemo Kartli, Şida Kartli, Kaxeti və Acariya) olan dini nümayəndələr Mirhüseyn Əsədovu özlərinin mənəvi lideri seçdilər. Amma Vaqif Əkbərovu heç kim çıxarmadı, dövlət səviyyəsində məhz onu tanıyırdılar. Bunu o vaxtkı baş nazir Bidzina İvanişvilinin Novruz bayramı ilə əlaqədar onun ünvanına təbriklər göndərməsi də təsdiq edir.

Din xadimləri İvanişvili ilə görüşə nail olmağa çalışırdılar ki, Əkbərovu “addan və vəzifəsindən məhrum etsin”, Əsədovu isə tamhüquqlu Əsas şeyx kimi tanısın.

Onlar iddia edirdilər ki, şeyx vəzifəsinə qaranlıq keçmişi olan, iki dəfə mühakimə edilmiş və 14 il həbsdə yatmış, öz bədəninə oğru mühitində qəbul edilmiş tatuirovkalar döydürmüş birisi təyin edilib.

“O, müsəlmanlar üçün necə nümunə ola bilər? Bu insan hətta Quranı da bilmir”, – deyə onlar bildirirdilər. Amma Vaqif Əkbərov öz səlahiyyətlərinindən imtina etməyə hazırlaşmırdı. O özünü Gürcüstanın 10 il müddətinə seçilmiş Əsas axundu hesab edirdi.

Sonradan məsələ daha da böyüdü. Gürcüstan DİN-in əməkdaşı adıyla müxtəlif adamlar ona keçmişi ilə bağlı bəzi məqamları xatırladaqraq könüllü şəkildə rəhbərlikdən germəsini xahiş və tələb etdilər. Əks halda bunun onun özü və ailəsi üçün pis nəticələnəcəyini bildirdilər.

Bütün bunlardan sonra Vaqif Əkbərov şeyx postundan getmək barədə ərizə yazmağa məcbur oldu.

Amma o hələ də haqsızlığa məruz qaldığını iddia edir. Buna görə də 28 mart 2016-cı ildə o, ombudsmana müraciət edərək yuxarıda göstərilən faktları öyrənməsini və hökumətin münasibət bildirməsini tələb edib.

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın