Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / Keçmiş nazirdən Cümhuriyyət tarixinə dair – Tarixi fakt

Keçmiş nazirdən Cümhuriyyət tarixinə dair – Tarixi fakt

Sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev Azərbayan Xalq Cümhuriyyəti tarixinə dair maraqlı fakt açıqlayıb.

Keçmiş XİN rəhbəri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbayan Cümhuriyyəti Nümayəndə heyətinin 1919-cu ildə Parisdə Versal konfransına təqdim etdiyi “Qafqaz Azərbayanı Respublikasının Sülh konfransından tələbləri” adlı memorandumdan bir hissəni ingiliscədən dilimizə tərcümə edərək sosial şəbəkədə yayıb.

Memorandumda qeyd edilir: “Bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlı indiyə qədər az tanınır, onların tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, həyat tərzi indiyədək ciddi araşdırma mövzusu olmayıb. Bu da həqiqətdir ki, həmin vəziyyətin əsl günahkarı Azərbaycanda yüz il hökm sürmüş rus rejimidir. Bu rejim hər vasitə ilə xalqımızı ruslaşdırmağa, onu milli sima və xarakterdən məhrum etməyə çalışırdı. Digər tərəfdən, azərbaycanlıların səciyyəvi xüsusiyyəti olan hədsiz təvazökarlıq millətimizi həmişə özünüreklama doğru atıla biləcək hər bir addımdan saxlayıb. Azərbayanlılar özlərini gözə soxmağa, başqa millətlərlə müqayisədə paylarına daha çox düşən dərd və fəlakətlər haqda uca səslə danışmağa, müsibətlərini dünyaya çatdırmağa öyrəşməyiblər. Bütün bu dərd və fəlakətləri onlar həmişə səslərini çıxarmadan, mətbuat vasitəsi ilə aləmə car çəkmədən, millətlərə və dövlətlərə müraciətlə ağlayıb-sıtqamadan içlərində çəkiblər”.

Vurğulanıb ki, bu vəziyyət bir neçə cəhətdən qüsur sayılmalıdır: “Məhz azərbaycanlıların təbiətindəki həmin xüsusiyyət onların bir sıra fəlakətlərinin mənbəyinə çevirilib və bu xalqa öz milli simasını bütün dolğunluğu ilə nümayiş etdirməyə imkan verməyib. Azərbaycanlılar haqda Avropa və Amerika mətbuatında bir sıra yalan məlumatların dövriyyəyə girməsinə də həmin şərait səbəb olub. Azərbaycanla bağlı yayılan yanlış fikirlərin müəllifləri bir sıra hallarda fantaziyalarına güc verib, bəzi təsadüflərdə ictimailəşdirmək iddiasında olduqları məsələlərə nabələdliklərini nümayiş etdiriblər. Əksər hallarda isə belə materialları düşmənçilik niyyəti ilə, xalqımızı bilərəkdən nüfuzdan salmaq məqsədi ilə ortaya atıblar. Bu cür yazıların müəllifləri siyasi korluqları və barışmaz düşmən mövqeləri ucbatından Azərbaycan xalqına gücləri çatan qədər ziyan vurmaq istəyiblər və bu yolla öz millətlərinə fayda gətirəcəklərini düşünüblər.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın