Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Keçmiş icra başçısının gözləri tutulur, yaddaşı pozulub – AÇIQLAMA

Keçmiş icra başçısının gözləri tutulur, yaddaşı pozulub – AÇIQLAMA

Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyevin səhhətində ciddi problem yaranıb.

Ölkə.az-a daxil olan məlumata görə, Quliyev yaddaşsızlıqdan əziyyət çəkir. Həmçinin qeyd edilir ki, sabiq icra başçısının gözləri tutulur. Onun uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Gözlərinin getdikcə zəifləməsi də bununla əlaqələndirilir.

Qeyd edək ki, 64 yaşlı Mahmud Quliyev 2000-ci ildən 2016-cı ilə qədər Cəbrayıl İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Əməkdaşımız daxil olan informasiya ilə bağlı Quliyevin özü ilə də əlaqə saxlayıb. Sualımızı əsəbi tərzdə qarşılayan keçmiş icra başçısı bunları deyib: “İşləmirəm, təqaüdçü adamam, indi də evimdə oturmuşam. Guya mənim qayğıma qalırsız? Sağlamlığımın kimə nə dəxli var? Sağlamam, xəstə deyiləm, indicə rayondan yasdan gəlmişəm”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın