Ana səhifə / Şou Biznes / Keçmiş deputat 29-cu dəfə Həccə gedir

Keçmiş deputat 29-cu dəfə Həccə gedir

“Allah qismət etsə, bu il də Həcc ziyarətinə gedəcəyəm. Qiymət dəyişməsinin Həcc ziyarətimə mane olmayacağını düşünürəm. Əsas odur ki, Allah bu səfəri insana qismət etsin”.

Bunu AzVision.az-a 28 dəfə Həcc ziyarətində olan keçmiş deputat Qalib Salahzadə deyib.

Qeyd edək ki, bu ildən etibarən ikinci dəfə Həccə gedən azərbaycanlı 500 ABŞ dolları, üçüncü və daha çox gedənlər isə 550 dollar əlavə ödəniş ödəyəcək.

Əlavə ödənişlərinə olmasına gəlincə, Q.Salahzadə qeyd edib ki, qiymət dəyişməsi baxımından Həcc ziyarətini təxirə salmağı düşünmür: “Bir daha qeyd etmək istəyirəm ki, əsas Allah bu səfəri mənə qismət etsin. Mən deməzdim o qədər də qiymət artımı var. Qismət olsa 29-cu dəfə Həcc ziyarətinə gedəcəyəm. Allah hər kəsə bu ziyarəti qismət etsin, mən də onların içində”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın