Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / “Katibələrinə aldıqları fransız ətirinin qoxusundan məst olan məmurları…”

“Katibələrinə aldıqları fransız ətirinin qoxusundan məst olan məmurları…”

“Məmurların 70 faizindən çoxu Qarabağ probleminin həll olunmasını istəmir”
“İstəyərik oranı bombalayarıq, istəyərik yandırarıq”
“Prezidentlərin bu gün Rusiyada baş tutacaq görüşündən bir şey gözləmirəm. Çünki Ermənistan müstəqil ölkə deyil. Onlar Rusiyanın diqtəsi ilə hərəkət edir. Ruslar da Qarabağın Azərbaycana verilməsini istəmirlər. Bu birmənalı olaraq belədir. Putin rus qoşunlarının Azərbaycana qayıtmasını istəyir. Görüşdə Azərbaycan öz iradəsini ortaya qoymalıdır. Ərazi bizimdir, söz sahibi də biz olmalıyıq. İstəyərik oranı bombalayarıq, istəyərik yandırarıq.”
Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat sədri Hafiz Hacıyev bildirib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda hazırda daxili həmrəylik lazımdır:
“Görürsünüz ki, xarici  mətbuat ölkəmiz haqda nələr yazır? Azərbaycanda olan bir qrup məmur təbəqəsi hər saniyə ölkəyə zərbə vurmaqla məşğuldur. Onlar imkan vermir ki, prezident apardığı siyasəti uğurlu nətəcələndirsin. Ölkədə daxili həmrəylik lazımdır. Azərbaycandakı məmurların 70 faizindən çoxu Qarabağ probleminin həll olunmasını istəmir. Bu məmurlar ölkəni talamaqla məşğuldur. Prezidentin görüşü ərəfəsində ölkəmizdə əksər vaxtlar təxribat ehtimalları olur. Bu məmurlar növbəti dəfə belə addım ata bilərlər. Biz bir neçə dəfə belə halların şahidi olmuşuq. Xalq 23 ildir ki, Qarabağın probleminin həll olunmamasına görə məyusdur.  Kabinetlərində oturub katibələrinə aldıqları fransız ətirinin qoxusundan  məst olan məmurları isə Qarabağ maraqlandırmır. Amma Azərbaycn xalqı da artıq o xalq deyil. Xalq ayılb və prezidentlə bir yerdədəir. Biz 90 minlik Müasir Müsavat partiyası olaraq çox böyük təbliğatlar apararaq xalqı prezidentlə həmrəy olmağa çağırmışıq. Bu gün xalqla prezident bir yerdədəir. Mənim qardaşım cəsarətli addım atıb ona xəyanət etmək istəyən o şəxslərə öz yerini göstərməlidir.”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın