Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / “Kaş bütün müğənnilər qırılaydı” – Vasif Məhərrəmli – VİDEO

“Kaş bütün müğənnilər qırılaydı” – Vasif Məhərrəmli – VİDEO

“ARB Ulduz”un “Virtual həyat” verilişinin növbəti qonağı Əməkdar artist Vasif Məhərrəmli olub.

Paxıllığını çəkən insanlardan danışan müğənni, bəzi gözü götürməyənlərin onun arxasınca şaiyələr belə yaydıqlarını etiraf edib:

“Həzm edə bilmirlər və hamının arxasınca min cür söhbətlər edirlər. Onların içində mən də varam. Bilirəm ki, mənim arxamca nə qədər söhbətlər gedir, nə qədər şaiyələr, nə qədər yalanlar, nə qədər böhtanlar var. Məni həzm edə bilməyənlər var. Niyə Vasif Məhərrəmli Əməkdar artistdir? Əmək sərf edib olub Əməkdar artist də. Sən də sərf elə, ol!”

Gözü yüksəklərdə olub özündən başqasını tanımayan və “mənəm mənəm” deyənləri isə sənətçi, tənqid atəşinə tutdu:

“Çəkmə paxıllıq. İşlə məşğul ol! Mən kiminsə getdiyi toyları sayası deyiləm ki. Bir müğənni populyar olsun, sevilsin, tanınsın, toya getməsin, o zaman bütün müğənnilər başının tacı olacaq. Bir müğənni tanınsın, populyar olsun, toylara getsin, bütün müğənnilərin düşməni olacaq. Bu, danılmaz faktdır. Bəzi müğənnilər, hətta onların əksəriyyəti deyirlər ki, kaş bütün müğənnilər qırılaydı, yüz toyun yüzünə də mən musiqiçi qoyaydım, hərəsində də gedib on dəqiqə oxuyaydım, hamısı mənim olaydı”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …