Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Kaş ac, işsiz evdə oturardım, amma bunu yaşamazdım”

“Kaş ac, işsiz evdə oturardım, amma bunu yaşamazdım”

“Covid19-a mən də inanmırdım. Amma başıma nələr gəldi. İnsanlar, inanın, qorunun. Kaş ac, işsiz-gücsüz, problemlər içində evdə oturardım, amma bunu yaşamazdım. Biz çəkdiyimizi heç kimə arzulamıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə yazıb. Koronavirusa yoluxan və atasını da virusa görə itirən sənətçi bunları əlavə edib:

“Çox şeylər eşitdim, oxudum. Dedilər ki, reklam üçün yalandan edir, əcəb olub. Sizin görəsən, ürəyiniz var? O sözləri deyənlər görəsən insandırlar? Sizlərə insan da deyə bilmirəm.

Qorunun, özünüzü pis hiss edən kimi həkimə gedin. Həkimlər çox əziyyət çəkir, 8 saat o paltarda qalırlar. Üst-üstə iki maska taxırlar, 4 aydır evlərinə getmirlər. Susuz, yeməksiz oradadırlar. Həkimlər, əziyyətinizi halal edin. Avqustun 5-dən evdəyəm”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …