Ana səhifə / Şou Biznes / “”Kapitalbank” bu gecə mənim ailəmi ac qoydu” – Tanınmış hüquqşünasdan sensasion yazı

“”Kapitalbank” bu gecə mənim ailəmi ac qoydu” – Tanınmış hüquqşünasdan sensasion yazı

Qurban MƏMMƏDOV, hüquqşünas

“Kapitalbank” bu gecə mənim ailəmi ac qoydu.

Bu bankdan pullarınızı çəkin, orada pul saxlamayın, çox təhlükəlidir.

“Beynəlxalq Bank”dan aldığım viza kartımda 136 manat pulum var idi. Bu gün saat 17-15də, evə çörək almaq məqsədilə, “Kapital bank”ın Türkiyə səfirliyinin önündəki bir bankomatından pul çəkmək istədim.

Kartımı bankomat qaytarmadı. 196-ya zəng etdim. Dəstəyi götürən xanım 3 gündən sonra kartımı ala biləcəyimi bildirdi. Robot kimi danışaraq, başa düşmək istəmədi ki, mən elə bu gün evimə çörək almalıyam.

Təcili bankın “28 may”dakı, Milli Bankın qonşuluğunda olan baş ofisinə getdim.
Saat 17-40 idi. İş vaxtı qurtarmamışdı.

Orada məni qarşılayanların, məni dinləyənlərin (xüsusilə də bir qadının) insanlıqdan nə qədər uzaq olduqları məni heyrətə saldı.

Mən nə qədər izah etməyə çalışsam da ki, o kartsız mən bu axşam ailəmə çörək ala bilməyəcəyəm, nəvələrim ac yatmalı olacaqlar, başa düşən olmadı.

İnanın, bu yaşıma qədər ilk dəfə daxilimdə elə bir nifrət kükrədi ki, həmin anda əlimdə silah olsaydı, bu bankın bütün işçilərini gəbərdər, banka od vurub yandırardım.

İyrəndim özümdən, iyrəndim Azərbaycan vətəndaşlığından, iyrəndim bu dövlətdən.

Mən usta istədim, dedim kartdakı pulun yarısını da götürsünlər, ancaq mənim kartımı o dəmir qutularından çıxardıb versinlər ki, mən balalarıma çörək ala bilim, nəvələrimin qarşısında başım aşağı olmasın.

“İş gününün sonudur”, “usta uzaqdadır”, “bu gün olmaz”, “3 gündən sonra gəlin”, “kartı çıxarsaq da, şəxsən sizə verə bilmərik” və sair bəhanələrlə məni evimə üzüqara qaytardılar.

Məni yavan çörəyə görə qonşudan borc almağa məcbur etdilər.

O anda ALLAH(c.c)dan bu dövlətə, bu millətə və öz başıma bir bəla istədim.
Evimə gedə bilmirdim. Ayaqlarım və əsəblərim sözümə baxmırdı.

Soyuq havada xeyli durdum. Uşaqlarım, nəvələrim, gəlinim evdə çörək gözləyirdilər.

Özümə gələndən sonra düşündüm ki, bu şərəfsiz, namussuz gədələrə, qancıqlara görə millət neyləsin, dövlət neyləsin.

Özümüz öz əlimizlə Vətənimizi onlara yem eləmişik. Düz edirlər.Qoy etsinlər.

Ancaq, mən sizlərdən kömək istəyirəm: pullarınızı “Kapital bank”da saxlamayın, əmanətlərinizi o bankdan geri alın.

Müştərisinə, vətəndaşına belə laqeyid və saymazyana yanaşan bir bankın cəzalanması lazımdır.

Sizi həmrəyliyə çağırıram, mənə dəstək olmağa səsləyirəm.

Heç olmasa bu məsələdə birlik nümayiş etdirək.
Bu gün mənim başıma gələn sabah sizin də başınıza gələcək.
Bu alçaqlara heç olmasa, belə cavab verək.
Bu mesajı daha çox insanlarla paylaşın ki, ictimai rəyin əhəmiyyətini bəzi şərəfsizlər anlasınlar. Özümüzlə heyvan kimi rəftar etməyə imkan verməməliyik.

mia.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın