Ana səhifə / Şou Biznes / “Kamranı himayə edənlərin adını açıqlayacağıq” – QALMAQAL

“Kamranı himayə edənlərin adını açıqlayacağıq” – QALMAQAL

Müğənni Samir Piriyev ilə aparıcı Kamran Həsənli arasında yaşanan qalmaqal davam edir.

Musavat.com saytına açıqlama verən müğənninin vəkili Ceyhun Yusifov bildirib ki, hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşmır: “Hər şeyi Kamran öncədən planlayıb, Samirin səhmdar olması onun uydurmasıdır. Təəssüflər olsun ki, hüquq-mühafizə orqanları bu motivdə olan onlarla işi məhkəməyə yönəltsə, yekun məhkəmə aktı çıxarılıb, üzvlüyə göndərsə də, bizim işdə ilkin nəticəyə gəlinməyib. Bunun səbəbi Kamranın himayədarlarının olmasıdır. Biz o şəxslərin adını tezliklə açıqlayacağıq. Hazırda Samir Piriyev ölkədə yoxdur, qayıtmasını gözləyirik. Kamranın dələduzluğu birmənalı şəkildə sübuta yetirilib. Avtomobilin, 20 minin verilməsi də buna sübutdur. Kamran o pulu ölkədən çıxartmayıb, hər şeyi əvvəlcədən planlayıb. Səhm qiymətli kağızdır, Kamranda səhm varsa, göstərsin. Səhm yoxdur, hamısı nağıldır. Hüquqi müstəvidə sona qədər mübarizəmizi aparacağıq. Əgər hüquq-mühafizə orqanları bir addım atmasa, biz nə edə bilərik? Biz onların əvəzinə çalışa bilmərik. Pozulan hüquqlarımızın bərpa olunmasını istəyirik. Kamranla hüquq bacarmırsa, bu, onların problemidir”.

Teleaparıcı Kamran Həsənli isə sayta açıqlamasında bildirib ki, ittihamlara artıq cavab vermək istəmir.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək, Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib.

Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın