Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Kamran Həsənliyə himayədarlıq edən şəxsin adı açıqlanacaq” – Vəkil

“Kamran Həsənliyə himayədarlıq edən şəxsin adı açıqlanacaq” – Vəkil

Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət işindən danışıb.

Ruslan Əhmədoğlu teleqraf.com-a açıqlamasında Kamran Həsənlini rəhbər şəxslərin müdafiə etdiyini və istintaqa mane olduqlarını deyib: “Bilmirik, Kamran Həsənlinin, yoxsa himayədarlarının arxasınca düşək. Samir Piriyev çıxılmaz vəziyyətdə qalıb və Kamrana himayədarlıq edən rəhbər şəxslərin adını açıqlamaq istəyir.

Əvvəl Kamran Həsənlini bir neçə şəxs müdafiə edirdi. İndi Allah onların başını elə qatıb ki, öz problemləri özlərinə bəsdir. Amma hazırda bir neçə şəxs istintaqın gedişinə mane olur”.

Kamran Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın