Ana səhifə / Şou Biznes / Kamran Həsənli: “Hüseyn Dəryanı buna görə efirə çıxarmışdım”

Kamran Həsənli: “Hüseyn Dəryanı buna görə efirə çıxarmışdım”

Kamran Həsənli aparıcısı olduğu “Onda başladıq” verilişində mərhum repçi Hüseyn Dərya barədə maraqlı fikirlər səsləndirib.
“Ölkə.Az”-ın məlumatına görə, K.Həsənli H.Dəryanı ilk dəfə efirə çıxarmaq səbəbindən danışıb:
“Bir gün evə gəldim. Gördüm ki, oğlum Ərtoğrul repə qulaq asır. Soruşdum ki, bu kimdir? Dedi, məşhur reperdi. Araşdırdım ki, bu adam anayla bağlı xoşagəlməz ifadələr səsləndirib və buna görə də özüylə fəxr edir. Bacım Gülərə dedim ki, biz təcili öz rep obrazımızı, kumirimizi yaratmalıyıq. Axtardıq və Hüseyn Dəryanı tapdıq. Gələndə gördüm ki, bu adamda saç düzümü, səs, xarizma var. Dedim ki, gələcəksən efirə. Sonra “Musiqili meydan”da qarşılaşmaları oldu. Verilişin dramaturji xətti hazırlandı. Ancaq Xose gəlməkdən imtina etdi.  Həmin gün Elşad Xose demişdi ki, mən Bakıda deyiləm. Ancaq verilişin ortasında gəldi çıxdı. Həmin veriliş böyük səs-küyə səbəb oldu. İki həftə sonra Əhmədli qəsəbəsində liftdə gördüm ki, bir tərəfdə “Elşad Xose yek” və “Hüseyn Dərya yek” yazılıb. Onda dedim ki, “yes”, istədiyimizi edə bilmişik”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …