Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / Kamil Zeynallı ilə Rəqsanə hansı pullarla yardım edir? – Video

Kamil Zeynallı ilə Rəqsanə hansı pullarla yardım edir? – Video

Müğənni Rəqsanə İsmayılova və idmançı Kamil Zeynallı karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım etməklə insanların rəğbətini qazanıb.

Hər iki tanınmış bu yardımları yalnız öz pulları ilə deyil, dost-tanışın maddi dəstəyilə etdiklərini açıqlayıb.

Rusiyanın paytaxtı Moskvada yaşayan yüzlərlə (895) ailəyə yardım edən ifaçı yalnız 300 ailəyə həyat yoldaşı ilə özünün yardım etdiyini deyir:

“Mən 300 ailəyə yaxın yardımı həyat yoldaşım və özüm etmişəm. Piter Elçin kimi tanıdığımız şəxs 500 nəfərə yaxın insana yardım edib. Məhərrəm bəyə, Salman bəyə, səsimə səs verən bütün yəhudi dostlarıma təşəkkür edirəm.

Müğənni həmkarım Adil Karacaya öz minnətdarlığımı bildirirəm. Bu işdə bizim yanımızda oldu, çox kömək etdi”.

Kamil Zeynallı ehtiyacı olan insanlara yardım etmək üçün Rusiyada və Almaniyada yaşayan həmyerlilərimizin ona pul və yardım göndərdiklərini bildirib.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …