Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Kərimdən Elzaya cavab: “Bir az xodundan al, yoxsa…”

Kərimdən Elzaya cavab: “Bir az xodundan al, yoxsa…”

“Səninlə qanun qarşısında görüşərik”

Müğənni Kərim Abbasov əməkdar artist Elza Seyidcahanı sərt tənqid edib.

Sənətçi Elza Seyidcahanın onu ölümlə hədələdiyini deyib:

“Deməli, sizə danışım Elzanın məni döydürməklə hədələməsindən. Siz fikirləşin ki, qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi. Elza xala, (əslində nənəsən) məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, hətta sənin əb-əjdadının başı üçün deyil məni döydürmək. Sənin başın qaçıb deyəsən. Onu başqa yerdə axtar. Ağıllı ol! Deyəsən “şişmisən”! Səninlə qanun qarşısında görüşərik. Görüm sən kimsən ki, məni döydürürsən? Bu sənin üçün “xa-xa” oxumaq, ya da ki, itlərə konsert vermək deyil. Ya da ki, rəhmətlik İlhamə Quliyeva demişkən, pulun çoxalıb, xərcləməyə yer tapmırsan. Səni Rasim Balayev kimi sənətkar “yuyub-sərdi”. Sənin yerinə olsam, efirlərə çıxmazdım. Ona görə ki, Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim. Elza, mən sənin girdiyin kol deyiləm. Get başqa yerdə oyna. Bir daha deyirəm, bir az xodundan al. Yoxsa müvafiq orqanlar sənin xodunu alarlar”.

Qeyd edək ki, Elza Seyidcahan “ATV maqazin onlarla” verilişində müğənni Damlanın fotosunu cırıb. Kərim isə bəstəkarın bu hərəkətinə görə, onu qınayıb. (AzNews.az)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …