Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Kənd sakini məmura qarşı… – “Mənim haqqımı yedilər”

Kənd sakini məmura qarşı… – “Mənim haqqımı yedilər”

Ağdaş rayonu Əmirarx kənd sakini Ruslan Həmidov Kürdəmir-Yevlax magistral yolunun asfalt örtüyünün yenilənməsi zamanı yaşadığı problemlə bağlı “Qafqazinfo”ya müraciət edib. 

Şikayətçi bildirib ki, “AzəryolServis” ASC asfalt örtüyünü yeniləyən zaman evinin 6 sot torpağı plana düşüb. Sakinə həmin sahə üçün 5 min manat dəyərində kompensasiya təklif olunub. Nəzərdə tutulan kompensasiya ilə razılaşmadığı üçün R. Həmidov 14 dekabr 2015-ci il tarixdə 15 gün inzibati qaydada həbs edilib:

“Səbəb də bu oldu ki, guya mən yol çəkilişinin aparılmasına maneçilik yaratmışam.

Razılaşmamağımıza səbəb bəzi qonşulara 6 sotdan az torpaq sahəsinə görə bizdən dəfələrlə çox kompensasiya ödənilməsi idi. Ağdaş Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində həbsdə olduğum zaman notarius ora gəlib mənə 5 min manat kompensasiyaya razı olmağıma dair sənəd imzalatmaq istəsələr də qəbul etmədim. Bundan sonra həmin 6 sot həyətyanı sahəmdə olan 85 ədəd meyvə ağacı və hamam söküldü”.

Şikayətçinin sözlərinə görə, magistral yol evinin 4 metrliyindən keçir:

“Hansı qanuna əsasən magistiral yol yaşayış evinin düz 4 metrliyindən salınıb? 3 azyaşlı uşağım var və artıq onlar ev dustağı olub, həyətə çıxmağa qorxurlar. Ağır tonajlı avtomobillərin hərəkətindən evim silkəlkənir, divarları çatlayıb, tamamilə qəzalı vəziyyətdədir.

Magistral yolun hündürlüyü evimin damı ilə bərabərdir. Hamamızı dağıtdıqları üçün evdə yuyunmaq məcburiyyətində qalmışıq. Belə olduqda vətəndaşa düzgün kompensasiya verilməlidir ki, başqa yerdən ev alsın və ya inşa etdirib oradan köçsün.”AzəryolServis” ASC-nin sədri Saleh Məmmədov gəlsin bir gün mənim evimdə yaşasın görək bunu necə qəbul edər, yaşaya bilərmi ? Mən mətbuat vasitəsi ilə prezidentə, dövlət qurumlarına müraciət edirəm ki, bizi bu çətin vəziyyətdən çıxarsınlar”.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə əlaqədar olaraq “AzəryolServis”-in mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. Katib bildirib ki, R. Həmidovun evi magistral yoldan 18 metr aralıdadır. Həmin ərazidə kənddən çıxan maşınlar birbaşa magistral yola çıxmasın deyə yardımçı kənd yolu salınıb. Sakinin evi ilə həmin yol arasındakı məsafə isə səki xaric 10.5 metrdir:

“Sakinin mülkiyyətində olan torpaq sahəsində bizim tərəfimizdən heç bir tikinti işi aparılmayıb, torpaq bələdiyyəyə məxsus olub. Sakinin 2 yardımçı tikilisi olub. Onlar sökülüb və 1 sot torpağına görə də kompensasiya verilib. 16 min 350 manat 2014-cü ildə, 5 min manat isə 2015-ci ildə ödənilib. Hazırda 5 min manat onun şəxsi hesabındadır. Yenə hər hansı bir problemi olduğu təqdirdə buyursun sənədlərini göstərsin. Məhkəməyə müraciət etsin. Biz qanunsuz olaraq orada heç bir iş görməmişik. Hər şey sənədlərlə və qanun çərçivsindədir”.

 

Kənd sakini məmura qarşı...  -  “Mənim haqqımı yedilər”
Kənd sakini məmura qarşı...  -  “Mənim haqqımı yedilər”

 

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın