Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Kərəm Həsənov vətəndaşlarla görüşüb

Kərəm Həsənov vətəndaşlarla görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb.

Azinforum.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti tərəfindən ötən ilin yekunları və regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqlar, ötən il görülən işlər və bu il üçün nəzərdə tutulan inkişaf tədbirləri barədə məlumat verilib.

Qeyd olunub ki, ölkə prezidentinin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində 6,6 faiz artım olub. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Maaş və pensiyalar artırılıb. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixisar edilməyib.

Görüşdə vurğulanıb ki, ölkə başçısının tapşırığına əsasən bu il geniş özəlləşdirmə proqramı icra ediləcək. Bu sahəyə yerli və xarici investorlar cəlb ediləcək. Artıq komitə geniş özəlləşdirmə proqramının hazırlanması istiqamətində tədbirlərə başlayıb. Yerli və xarici investorların prosesə aktiv cəlb olunması nəzərdə tutulur. Genişmiqyaslı özəlləşdirmə nəticəsində dövlət büdcəsinin gəlirləri artacaq, bu gəlirlər qeyri-neft sektoru inkişafına yönəldiləcək. Regionların iqtisadi potensialı güclənəcək.

Dövlət başçısı keçirdiyi müşavirələrdə torpaq fondunun dəqiq uçotunun aparılması, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması barədə tapşırıqlar verib. Bu tapşırıqların icrası məqsədilə komitə tərəfindən artıq bir sıra tədbirlər həyata keçirilir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi icra olunur.

Kərəm Həsənov bu gün, həmçinin Hacıqabulda vətəndaşları qəbul edib. Komitə sədri qəbulda Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib.

Komitə sədri vətəndaşların dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciətlərini də dinləyib.

Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinin həlli istiqamətində tədbirlər görülüb.

Kərəm Həsənov vətəndaşlarla görüşüb
Kərəm Həsənov vətəndaşlarla görüşüb

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın